"Açıq mikrofon"da Zirə qəsəbəsi sahibkarlarının müraciətləri qeydə alındı - FOTO
"Bu gün sayca 166-cı "Açıq mikrofon" aksiyası keçirilir. Bunların 42-i sahibkarlarla görüş olub. SOCAR "Azəriqaz" İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir".
E-huquq.az xəbər verir ki, bunu qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov paytaxtın Zirə qəsəbəsində baş tutan "Səyyar qəbul otağı"nda sahibkarlarla görüşü zamanı bildirib.
O, həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.
Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Zirə qəsəbəsində də sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib.
"Açıq mikrofon" aksiyasına qatılan 10-dan çox sahibkar müraciətini səsləndirib.
Sahibkar Şükür Həsənov ona məxsus obyektin sayğacının nasaz olduğunu və bu səbəbdən sayğacın üzərindəki göstəricilərdən razı qalmadığını bildirib.
Digər sahibkarların müraciəti isə debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı olub.
Aksiyada səsləndirilən bəzi problemlərin baxılmasına qərar verilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 607 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təbriz bayraq qaldırıb!
Təbriz bayraq qaldırıb. Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla,. Təbriz bayraq qaldırıb "Misri" havası üstə. Döyüş başlasın deyə sərkərdə ədasıyla,. Qılıncını sıyırıb düşmən yuvası üstə. Marağa geyinibdi daha döyüş libası,. Səbrin də bir həddi var, daha səbirdən keçib. Qolundakı zənciri qırmaqd
5 mart750 əyar qızıl buna görə rəngini dəyişirmiş
750 əyar qızıllar bir müddət istifadədən sonra rəngi qızarır və bu halla qarşılaşan yüzlərlə insan var. -ın məlumatına görə, bunun iki əsas səbəbi var. Birinci səbəb tərkibdir. Belə ki, 750 əyar qızılların tərkibi 75% təmiz qızıl, 25% isə digər metallardan ibarətdir. Digər metallar xaricdən gələn maddələrl
4 mart"Makler bibi" ləqəbli Zeynəb Qaraşova vəfat etdi
"TikTok"da "Makler bibi" ləqəbi ilə məşhurlaşan Zeynəb Qaraşova vəfat edib. xəbər verir ki, bu barədə onun şəxsi sosial şəbəkə hesabında məlumat paylaşılıb. Qeyd edək ki, Z.Qarasova uzun sürən xəstəlikdən dünyasını dəyişib
5 martAbituryentlərin imtahan qorxusunu azaltmağın hansı üsulları var? - AÇIQLAMA
Abituriyentlik dövrü gənclər üçün həyatda böyük bir mərhələni simvolizə edir. Bu dövrdə yalnız bilik yox, həm də emosional dözümlülük, stres idarəsi və qərarvermə qabiliyyəti sınanır. Buna görə də imtahan qorxusu, yəni test və qiymətləndirmə qarşısında yaranan narahatlıq, çoxsaylı gənclərin təcrübə etdiy
4 mart"Feniksal Group" MMC-dən ŞİKAYƏT: "Bina üç ildir təhvil verilmir" (VİDEO)
Vətəndaş "Feniksal Group" MMC-dən şikayətçidir. -a müraciət edən Səbinə Mətləb qızı Cəlalova iddia edib ki, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binadan mənzil alıb, üç ildir bina təhvil verilmədiyi üçün mənzilində təmir işlərinə başlaya bilmir. O bildirib ki, sözügedə
5 mart