Azərbaycanın növbəti diplomatik qələbəsi
Avropa siyasi birliyi Praqada keçirilən toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər.
Yelisey sarayının yaydığı bəyanata görə, görüş Azərbaycanvə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə yekunlaşıb.
Bildirilib ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
"Eyni zamanda, tərəflər razılaşıblar ki, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq" – deyə bəyanatda qeyd olunub. Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasına yardım göstərməyə razılaşıb.
Bəyanatdakı "Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək" cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
"Ermənistan 2020-ci ilin 10 noyabr Bəyannaməsi ilə üzərinə bir sıra öhdəliklər götürsə də, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək".
İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib: Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızıdəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir.
Aysel Mənsimova - politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!