Həkimlərdən tibbi sığortaya etinasızlıq - ARAŞDIRMA

Həkimlərdən tibbi sığortaya etinasızlıq - ARAŞDIRMAAsəf qulağında problem yarandığı üçün həkimə müraciət edib. Dövlət xəstəxanalarında "dərdi" tapılmadığı üçün özələ üz tutub. Aparılan testlər, müayinələrdən sonra əməliyyat olunmasının vacibliyi vurğulanıb. Əməliyyatın İcbari Tibbi Sığorta xətti ilə etməyin mümkünlüyünü soruşduqda isə, həkim ümumiyyətlə, sığorta ilə edilən əməliyyatlardan imtina etdiyini bildirib. Səbəb kimi ödənilən məbləğin az olması və bu az məbləğin də 3 aya köçürülməsini göstərib.

Sonxeber.az xəbər verir ki, bu şikayətlə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.

Məlum oldu ki, özəl klinikalarda sığorta ilə əməliyyatdan imtina edən həkimlər az deyil. Çünki sözügedən klinikalarda edilən əməliyyatlara görə ödənilən məbləğ nağd ödəmə ilə edilən əməliyyatlarla müqayisədə azdır və həkim də haqlı olaraq xərclərini çıxarmadığı üçün bundan imtina edir. Amma bu, hər əməliyyata aid deyil. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yayımlanan qiymətlərdən aydın olur ki, onların arasında kəskin fərqlər var. Əməliyyata ödənilən məbləğ pasiyentin sığortadan öncə ödədiyi məbləğə yaxın olduqda, həkim problem etmir. Az olduqda isə həkimlə pasiyent arasındakı bağ qırılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Kaspi"yə verilən məlumata görə, tibbi xidmətin dəyəri Agentliklə müqavilə bağlamış tibb müəssisəsinə müvafiq tariflərə uyğun olaraq ödənilir: "Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və onların tarifləri Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilib. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilir".

Sosial sahə üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, özəl klinikalarda həkimlərin təminatı tam ödənilmir: "Hər bir həkimin imzaladığı mənəvi saziş var. Bu, Hippokrat andıdır. Həkimlər kritik situasiyada, istənilən şərtlər daxilində xəstəyə tibbi yardımını və müdaxiləsini etməlidir. Amma bu, o demək deyil ki, biz həkimlərin bütün hüquqlarını kənara ataq və onların and içməsindən yapışaq ki, öhdəlik götürmüsünüz və bunu etməlisiniz. Müəyyən olunmuş əməliyyatların ciddi məsuliyyət yükü olmasına baxmayaraq, həkimlərin təminatı tam ödənilmir. Tibbi sığortadan ayrılan vəsaitlər bəzi əməliyyatın qarşısında kiçik həcmlidir. Üstəlik, pul həkimə 2-3 ay sonra ödənir. Həkimin hüququdur ki, müəyyən məsələləri obyektiv şəkildə göstərərək, əməliyyatdan imtina etsin. İstənilən halda, cəmiyyətdə müəyyən kateqoriyası olan, ciddi nüfuza sahib olan həkimlərin maliyyə təminatlarını qurmaq lazımdır ki, onlarla pasiyent arasında bu tipli münaqişələr yaranmasın. Məşhur həkimlərin həmişə çoxlu xəstəsi olur. Buna görə də onlar maddi təminatlarını tam ödəyən xəstələri qəbul edirlər".

Vəziyyətdən çıxış yoluna gəldikdə isə, mütəxəssis düşünür ki, xəstəliyin paketi standart olmalıdır: "İstər cərrahi, istər kardioloji, istərsə də digər tibbi xidmətlərin hər bir paketi real tibb bazarına uyğunlaşdırılmalıdır. Dövlət və özəl klinika fərqi olmamalıdır. Paket o qədər standart olmalıdır ki, həkimin imtina etməsinə səbəb olmasın. Xəstə bir əməliyyata adi qaydada nə qədər ödəyirdisə, sığorta da onu qarşılamalıdır. Məsələn, sığortadan öncə, korbağırsaq əməliyyatında pasiyent cərraha 200 (rəqəmlər şərtidir) manat ödəyirdisə, həmin cərrahın bu əməliyyatı bu gün sığorta ilə 50 manata etməsi düzgün deyil. İcbari tibbi sığorta elə bir təminat yaratmalıdır ki, heç olmasa 150 manatı çatsın. Bütün risklər, əməliyyatdan sonra yaranan fəsadlar cərrah və anestezioloqun boynuna qalırsa, onlar da bu məbləğdən imtina edir".

Ekspert vurğulayır ki, dövlət yaxud özəl sektorda çalışan həkimlərin hər ayın sonunda göstərdiyi xidmətin pulu ödənməlidir: "Həkimlərin bir qismi ödənişin 2-3 aya ödəndiyini deyirlər. Həkimin xidmət haqqı hər ayın sonunda təqdim olunmalıdır. Büdcə normal xərclənməlidir. Həkim ilə xəstəni qarşı-qarşıya qoymaq olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1403   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr