Türkiyənin İraqdakı hərbi bazasına raket hücumu olub
İraqın şimalındakı Türkiyə hərbi bazasına şənbə günü raket hücumu olub.
Yerli təhlükəsizlik departamentinin nümayəndəsinin sözlərinə görə, Mosul şəhərinin şimal-şərqindəki Başik bölgəsində yerləşən Türkiyənin "Zlikan" bazasına üç raket atılıb.
Bildirilir ki, onlardan ikisi türk qüvvələrinin düşərgəsinin bilavasitə yaxınlığında, üçüncüsü isə bazaya bitişik dağın ətəyinə düşüb.
İraq təhlükəsizlik qüvvələrinin bölmələri atəş açan qurğunun yerini müəyyənləşdirmək və Türkiyə hərbi obyektinə mərmi atan cinayətkarları ələ keçirmək üçün əməliyyata başlayıb.
Qeyd edək ki, "Zlikan", həmçinin Türkiyə ilə sərhəddən 15 km aralıda yerləşən El-Amadia kəndi yaxınlığındakı digər türk bazası vaxtaşırı müxtəlif növ hücumların hədəfinə çevrilir./Oxu
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1343 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr