ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir - General

ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir - GeneralABŞ Türkiyənin güclənməsini istəmir. Digər tərəfdən, ABŞ ölkəmizin yalnız Vaşinqtonun mənfəət və mənafelərinə uyğun şəkildə hərəkət etməsinə çalışır.

Bu sözləri Vaşinqtonun F-16 qırıcıları ilə bağlı irəli sürdüyü yeni şərtləri şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General sanksiyaların Türkiyəni daha da gücləndirəcəyini vurğulayıb:

"Öncə bizi F-35 layihəsindən çıxardılar, indi isə F-16-lar üçün yeni şərtlər irəli sürürlər. Əslində isə Türkiyənin sözügedən şərtlərlə bu döyüş təyyarələrini almayacağını bilirlər. Ona görə təyyarələri verməmək üçün belə qəbuledilməz şərtləri əlavə edirlər. Hazırda Türkiyə öz döyüş təyyarəsini istehsal etmək üçün işləri davam etdirir. Ölkəmiz lazım olanda bunları İngiltərə, İsveç, Çin və ya Rusiyadan təmin edəcək. Dolayısı ilə alternativlər var. Belə süni əngəllər, embarqolar ancaq Türkiyəni gücləndirir. Bu gün ölkəmizdə müasir müdafiə sənayesinin inkişafında 1974-1980-ci illər arasında ABŞ-ın, sonra isə Almaniya və İsrailin tətbiq etdiyi sanksiyaların, qadağaların "rolu" var. Türkiyə döyüş təyyarəsi və pilotsuz təyyarə üzərində aparılan işləri sürətləndirəcək və ABŞ öz məqsədlərinə çatmayacaq. Ankara "Patriot" məsələsində olduğu kimi (ABŞ "Patriot" sistemi vermədiyi üçün Türkiyə Rusiyadan S-400 aldı – red.), öz alternativlərini nəzərdən keçirəcək".

Qeyd edək ki, ABŞ Senatının Xarici işlər üzrə Komissiyasının sədri Robert Menendezdən sonra senator Kristofer van Hollen də 2023-ci il üçün "Milli Müdafiə Maliyyələşmə Qanunu"na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketini təqdim edib. Bu şərtlərə görə, Türkiyə F-16-lar ilə Yunanıstan üzərində icazəsiz uçuş keçirə, qırıcılardan Suriya Demokratik Qüvvələrinə (əslində isə PYD və YPG-yə) və İŞİD-ə qarşı vuruşan digər müttəfiqlərə qarşı istifadə edə bilməz. Həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü təsdiq edilmədən Türkiyəyə F-16-ların verilməməsi də şərt kimi qoyulur./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1035   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ölkəmiz artıq münaqişə tərəfi deyil, regionun iqtisadiyyatını, tranzit xəritəsini və sülh gündəmini diktə edən əsas mərkəzdir" - AÇIQLAMA

Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlə

10 fevral
.

Notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişdirildi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi "Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. -a istinadən xəbər verir ki, yeniliyə əsasən, "Hüquqi şəxsləri

9 fevral
.

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Hörmətli İlham Heydər oğlu. Sizi nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətil

9 fevral
.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əzi

5 fevral
.

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (FOTO)

Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusu qəbul edib. Qaynarinfo xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotaki

30 yanvar
.

Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. bu barədə -a istinadən xəbər verir. Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsini

9 fevral
.

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib

Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 09:10. Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

4 fevral
.

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan MR Ali Məclisi qəra

9 fevral
.

"Müasir Azərbaycan gəncliyi vətənə, dövlətə, xalqa sədaqətin simvolu hesab edilir" - DEPUTAT

"2 Fevral Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi rəmzi məna daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan gəncləri müasir, dinamik və intellektual olmaqla yanaşı, milli ruhu, Vətənə bağlılığı və gələcəyə olan möhkəm inamı təcəssüm etdirir. Bu səbəbdən müasir Azərbayca

2 fevral