Xüsusi təyinatlıların Hadrut əməliyyatı: "Düşmən qaçıb yüksəkliklərdə gizlənmişdi"

Xüsusi təyinatlıların Hadrut əməliyyatı: "Düşmən qaçıb yüksəkliklərdə gizlənmişdi""Bizim qrup 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına Murovdağ istiqamətindən başladı. Oradakı postlarda düşməni məhv etdikdən sonra növbəti tapşırıq Hadrutun azad edilməsi oldu".

Sonxeber.az xəbər verir ki, bunu "Report"un Xocavənd rayonunun Hadrut qəsəbəsinə ezam olunmuş əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən qazisi Elçin Fətullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Hadrut istiqamətinə daxil olanda ermənilərin bütün canlı qüvvəsi qəsəbənin içərisində və ətrafdakı dağlarda cəmləşmişdi: "Ermənilər üçün Hadrut strateji cəhətdən Şuşa qədər böyük əhəmiyyət daşıyırdı. Burada düşmənin böyük hərbi hissəsi yerləşirdi. Onlar təkcə 300-dən çox heyətini dağlarda yerləşdirmişdilər. Eyni zamanda, qəsəbə ərazisində də xeyli sayda canlı qüvvələri vardı. Düşmənin ciddi müqavimətinə baxmayaraq, qəsəbəyə daxil ola bildik. Çünki komandirimiz qarşımıza tapşırıq qoymuşdu ki, nəyin bahasına olursa-olsun Hadrut azad edilməlidir".

Elçin Fətullayev
Elçin Fətullayev
XTQ qazisi bildirib ki, Hadrut qəsəbəsində baş vermiş döyüşlər daha şiddətli olub: "Hərb tarixində şəhər və qəsəbə döyüşləri daha ağır döyüşlər sayılır. Düşmən bizə çox ciddi müqavimət göstərirdi, geri çəkilmək istəmirdi. Ancaq Azərbaycan Ordusunun aşa bilməyəcəyi maneə yoxdur. Qəsəbənin girişində ermənilərin 60-a yaxın canlı qüvvəsini məhv etdik. Onlar bizi bu dərəcədə güclü təsəvvür etmirdilər. Düşmən qarşımızda tab gətirə bilməyib yenidən yüksəkliklərə qaçmağa məcbur oldu".

Azərbaycan Ordusu bu döyüşlərdə də ermənilərin xeyli sayda döyüş texnikası və silah-sursatını ələ keçirib.

"Oktyabrın 9-da Hadrut qələbəsini düşməndən təmizlədik və üç rəngli şanlı bayrağımızı burada ucaltdıq. Biz bununla qürur duyduq. Ermənilər bunu həzm edə bilmədilər və qaçıb gizləndikləri yüksəkliklərdən bizi minaatanlardan atəşə tutmağa başladılar. Lakin imkan vermədik ki, bayrağımız endirilsin. Təbii ki, döyüşlərdə şəhidlərimiz də oldu. Hadrut istiqamətində gizirlərimiz - Rəşad Babayev, Fikrət Zeynalov və Xəyal Şəkərov şəhidlik zirvəsinə ucaldılar. Kiçik gizirlərimiz - Sənan Məmmədov və Kamran Əliyev qəhrəmanlıq göstərdilər və onlar yaralandılar", - Vətən müharibəsinin veteranı vurğulayıb.

XTQ-nın keçmiş hərbi qulluqçusu deyib ki, bizim digər qrupumuz düşmənin Xocavəndin mərkəzindən Hadruta gələn köməyin qarşısını almaq üçün yolun üzərində yerləşdirilmişdi: "Həmin qrupumuz düşmənin 150-yə yaxın şəxsi heyətini məhv etmişdi. Daha sonra biz ermənilərin 022 saylı XTQ-si ilə qarşılaşdıq. Çox ağır döyüşlər getdi. Lakin onları silahı yerə atıb qaçmağa məcbur etdik. Təəssüf ki, burda da gizir Mədət Xankişiyev şəhidlik zirvəsinə yüksəldi. Düşmənin digər yüksəklikdə radiolokasiya bölməsi var idi. Biz 25 hərbçi ilə onları məhv etdik.

Sonda onu demək istəyirəm ki, torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda Vətən olur. İşğal altındakı torpaqlarımız neçə-neçə igidin qanı hesabına azad edildi. Bir daha yağı düşmənin torpaqlarımıza ayaq basmasına imkan verməməliyik. Biz canımızı, qanımızı verdik ki, övladlarımız xoşbəxt və firavan yaşasın. Təki Vətən sağ olsun!"

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə E.Fətullayev "Vətən uğrunda", "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1067   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr