16.6 milyon dollarlıq narkotik daşıyan gəmi ələ keçirildi
Britaniyanın hərbi gəmisi Ərəb dənizində 16,6 milyon dollar dəyərində metamfetamin daşıyan gəmini ələ keçirib.
Bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.
Telekanalın reportajında bildirilib ki, 2019-cu ildən Yaxın Şərqdə yerləşdirilən "HMS Montrose" hərbi gəmisi 6 saat davam edən əməliyyatdan sonra saxladığı gəmidə 870 kiloqramdan çox narkotik maddəni müsadirə edib. Britaniya gəmisi Qırmızı və Ərəb dənizlərinin təhlükəsizliyini təmin edən və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 38 dövlətin hərbi dəniz qüvvələrinin iştirak etdiyi 150 gəmidən ibarət donanmanın tərkibinə daxildir
Əməliyyatın təfərrüatından bəhs edən britaniyalı hərbçi bildirib ki, "HMS Montrose" öz göyərtəsində olan "Wildcat" helikopteri ilə narkotik maddı daşıyan gəmini aşlar etdikdən sonra dənizə freqat qayıqları çıxarılıb. Böyük Britaniya ordusunun bu cür əməliyyatlar üzrə mütəxəssisləri olan 42 komando gəmidə hər hansı qeyri-qanuni yükü axtarmaq üçün hərəkət etməzdən əvvəl dalğalı şəraitdə gəmiyə nəzarəti ələ keçirib. Axtarış zamanı onun göyərtəsindəki gizli bölmədə külli miqdarda narkotik maddə və odlu silah aşkar edilərək götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1506 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr