Zahid Oruc: "Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır"

Zahid Oruc: "Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır"Ermənistan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazırdır.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 11-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bir ildən çoxdur ki, Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir:

"Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi.

Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ortük altında sərhəddə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhəddin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır.

Ona görə də Prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsil Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur. Yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır".

Z.Oruc deyib ki, hələ bir ay əvvəl ölkəmizi hərbi təcavüzdə günahlandıran Fransa müdafiə naziri Sebastyan Lekorno sərhəddə gələn heyətin məhz ordu qüvvələri olacağını açıq deyir:

"Yəni, neytral qüvvələrin deyil, siyahısı Ağ Ev və Yeliseydən verilən hərbçilər gəlib iki xalqın sərhəddini cızacaqlar. Delimitasiya və demarkasiya komissiyasını Rusiya ilə yaradan Ermənistana haqlı olaraq, Kolllektiv Təhlükəsizlik Təşkilatı da etiraz edib. Çünki formal da olsa bu hərbi blokun üzvü olan dövlət Fransa və Amerika hərbi kontingentini gətirib sərhəddini qoruyan rus ordusu ilə bir bayraq altına necə yığacaq?

Şübhə yoxdur ki, indi regiona sülh gətirmək istəyənlər 2005 və 2011-ci ildə Bakının tələbi ilə işğal olunmuş ərazilərə gedən ATƏT-in Fakt araşdırıcı Missiyasının balalarıdır. O vaxt 7 rayonun yer üzündən silindiyini görməyən, Zəngilana, Qubadlıya gözü bağlı gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər.

Biz Yunanıstan cəbhəsində Türkiyə əleyhinə F-16 təyyarələri və müasir raketlərini düzənlərin Qafqazlarda neytral və ədalətli müşahidəçi olacağına inanmırıq. İstənilən sərhəd təxribatında dövlətimizi suçlayıb regionu beynəmiləl toqquşma meydanına döndərəcklər.Onların sülhpərvərliyi Rusiya hərbi qüvvələrini Gümrüdən və Xankəndindən çıxarana qədər sürəcək. Sonra Əfqanıstana daxil olduqları sürətlə İran və Rusiyanın arasında mövqe tutacaqlar. Ardınca NATO qoşunları Ermənistan sərhədlərinə gələcək. Sonra Qarabağa yol tapmağa çalışacaqlar. Plan budur. Sabah ordumuzu İrəvana hücumda günahlandırıb, ardınca BMT-də əleyhimizə qərar verərək erməni hərbi səngərində özlərinə yer tutacaqlar.

Halbuki Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır, lakin deyir ki, bizi Qərb qoşunları qorusun.Çünki rus əsgəri daha ermənilər üçün ölmək istəmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr