Savadlı Həkim-qastrentoloq, mərhəmətli insan Arzu Yusifova

Savadlı Həkim-qastrentoloq, mərhəmətli insan Arzu YusifovaHəkim savadlı və vicdanlı olmalıdır, savadı ilə irəli getməli və vicdanı ilə çatdığı yerdə peşə borcunu ədalətli və dürüstcəsinə yerinə yetirməlidir. Çünki həkim insanın sahib olduğu ən dəyərli nemətin yəni sağlamlığının qoruyucusudur. Bizim gözəl həkim-qastrentoloqumuz Arzu Yusifova isə həm illərlə aldığı təhsil sayəsində olduqca savadlı, həm də qəlbindəki mərhəməti sayəsində vicdanlı bir insandır. Həkim səhvi ucbatından atasını itirən və onun üzünü görməyən xanımın uşaqlıq arzusu həkim olmaq olmuşdur. Onun ali məqsədi bu peşəyə sahib olmaq və ən yaxşı şəkildə peşəsini icra etmək idi, o elə bir həkim olmalı idi ki, onun səhvi heç kəsin həyatını məhv etməsin. Azərbaycan Tibb Universitetinin müalicə işi-profilaktika fakultəsinə qəbul olaraq məqsədinə doğru addımlamağa başlamışdır. Universiteti bitirdikdən sonra Arzu xanım 5 nömrəli klinik xəstəxanada internatura keçmişdir. 2005-ci ilədək Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda kiçik elmi işçi olaraq fəaliyyət göstərmiş, daha sonra Türkiyəyə gedərək tibb diplomunu orada təsdiqlətmişdir. Həmçinin Arzu həkim Ankara Tibb Universitetində xarici vətəndaş olaraq "yan dal uzmanlığı" oxumuşdur. Bu ərəfələrdə o müxtəlif elmi məqalələr hazırlanmış, onlar saytlarda işıq üzü görmüş və hətta konfranslarda həmin məqalələrin təqdimatlarını etmişdir. Arzu xanım inanır ki ən yaxşısı olmaq üçün daim öyrənməli, yeni biliklər axtarışında olmalısan. Ən böyük filosoflar belə ömürləri boyu şagird statusundan uzaqlaşmamışlar. Gözəl həkimimiz 4 il Hindistanda da olmuş, burada sağlam həyat barədə elm olan "Ayurveda" üzrə təhsil almışdır. Bir müddət Mərkəzi Gömrük Hospitalında, Prezident Aparatının Xüsusi Müalicə Kompleksində və Diaqnostika Mərkəzində çalışan Arzu həkim 2015-ci ildən bu yana fəaliyyətinə Baku Medical Plazada davam etməkdədir. Həkimimiz bütün mədə-bağırsaq patalogiyaları, qaraciyər və mədəaltı vəzin müalicə və müayinəsi ilə məşğuldur. Həmçinin o, endoskopik üsulla əməliyyatlar da icra edir. Xəstələrə qarşı daim mərhəmətli olan Arzu həkim bunu onlara hiss elətdirmir. Çünki o düşünür ki, xəstə və həkim arasında sərhəd qorunmalıdır ki, həkim öz hökmünü itirməsin, ən qədim tibbdə də bu belə olmuşdur. Həkimin işi sadəcə yaranı sağaltmaq deyil onun kökünü tapıb bir dəfəlik problemi aradan qaldırmaqdır. Bunu ən yaxşı metodlarla icra etmək üçün isə Arzu xanım çox möhtəşəm bir xəstəxana proyektinə imza atmışdır. Artıq, demək olar ki, hazır olan bu xəstəxana Azərbaycanda olmayan tam fərqli tərzdə fəaliyyət göstərəcək. Xəstəxanada həm Ayurveda, həm də funksional tibbin imkanlarından istifadə ediləcək. Qədim və müasir tibbin vəhdət təşkil etdiyi bu mərkəzdə kimyəvi dərmanlar olmadan insanlar qidalanmaları və fiziki aktivliyi dəyişdirilərək, bioloji aktiv əlavələrdən istifadə edilərək müalicə olunacaq. Yeri gəldikdə xəstəsinə yox deməyi bacaran Arzu Yusifova onlar üçün ən yaxşı imkanları yaratmağa çalışır. Çünki o, öz işini sevir və peşəsinin məsuliyyətini sonuna qədər daşımaq iqtidarına sahib bir həkimdir.
Savadlı Həkim-qastrentoloq, mərhəmətli insan Arzu Yusifova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2651   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr