Jurnalistlər Media Reyestrinə hansı mərhələdə və necə müraciət etməlidir? - MÜSAHİBƏ

Jurnalistlər Media Reyestrinə hansı mərhələdə və necə müraciət etməlidir? - MÜSAHİBƏMedianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənlinin APA-ya müsahibəsi

- Nazirlər Kabinetinin müvafiq qərarı ilə Media Reyestri şəhadətnaməsinin forması təsdiqlənib. Bu gün isə jurnalist vəsiqəsinin forması, həmçinin onun əldə edilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiqləndi. Bununla da, Media Reyestrinin formalaşdırılması üçün hüquqi bazanın yaradılması mərhələsini bitmiş saymaq olarmı?

- Cənab Prezidentin "Media haqqında" Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdu.

Nazirlər Kabinetinin "Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" qərarının qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrasını yekunlaşmış hesab edə bilərik.

Bundan sonrakı mərhələ internet informasiya ehtiyatı olan Reyestrin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyasının təşkili məqsədilə işlərin görülməsidir. Hazırda bu proses intensiv şəkildə həyata keçirilməkdədir və inanırıq ki, yaxın günlərdə Reyestrin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlər tamamlanacaq və onun fəaliyyətə başlaması təmin ediləcək.

- Demək, yaxın günlərdə media subyektləri və jurnalistlər Reyestrə müraciət edə biləcəklər?

- Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. Amma burada diqqət edilməli olan bir önəmli məqam var. Belə ki, hamınıza məlum olduğu kimi, "Media haqqında" Qanunun və "Media Reyestrinin aparılması Qaydaları"nın tələblərinə əsasən jurnalistin Reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist Reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.

Müraciət zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunacaq. Yox, əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o, sistemə həmin müqavilə haqda məlumatlarla yanaşı, sənədin özünü də yükləməlidir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi və həmin subyektin Reyestrə daxil edilib-edilmədiyi aydınlaşdırılacaq, müvafiq qərar qəbul ediləcək.

- Yəni, jurnalistlər Reyestrə media subyektlərindən sonra müraciət etməlidirlər?

- Jurnalistlər Reyestrə, şərti desək, ikinci mərhələdə müraciət etsələr, daha məqsədəmüvafiqdir. Yəni onlar Media Reyestrinə müraciət etmək üçün işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestri şəhadətnaməsi əldə etməsini gözləməlidirlər.

- Bütün müraciətlər tam elektron qaydada olacaq?

- Bəli, Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, təcrübə göstərir ki, elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu da bir sıra obyektiv səbəblərə əsaslanır.

Belə ki, müvafiq sistemlər özündə bəlli bir tarixdən sonraya aid məlumatları əks etdirir. Bu kimi hallarda müraciətçi qanunvericiliyə uyğun olaraq inteqrasiya olunmayan informasiyalara dair sənədləri Agentliyə kağız daşıyıcıda təqdim edə bilər.

- Bəs, jurnalistin Media Reyestrinə düşməsi üçün başqa nələr tələb olunur?

- Bu tələblər "Media haqqında" Qanunun 74.2-ci maddəsində əksini tapıb və "Media Reyestrinin aparılması Qaydaları"nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit olunub.

Müvafiq tələblər içərisində ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj tələbi daha çox müzakirə olunsa da, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.

- Reyestrə düşməyəcək və müvafiq olaraq, jurnalist vəsiqəsi almayacaq şəxslərin aqibəti necə olacaq?

- Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Yəni bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir.

Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər. Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər.

- Bəs bu vəsiqələrin hansı özəlliyi var?

- Jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq standartlar nəzərə alınmaqla müəyyənləşdirilib. Onun arxa tərəfində yerləşdirilmiş QR kod mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid təmin olunur və vəsiqənin elektron variantı görünür. Bu, qarşı tərəfin jurnalist haqda məlumatların mötəbərliyinə əmin olmasını təmin edəcək.

Bundan başqa, vəsiqənin üzərində "Media haqqında" Qanunun 6-cı maddəsinə uyğun olaraq, jurnalistin peşə fəaliyyətinə müdaxilənin yolverilməzliyi xüsusi qeyd olunub.

Eyni zamanda, bu vəsiqə jurnalistin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək.

- Vəsiqələr jurnalistlərə hansı müddətə veriləcək?

- Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir.

Xidmət müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr