"Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır"
"Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində söyləyib.
"Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur", - deyə dövlət başçısı bildirib.
Sabah Qırğızıstan Prezidenti Sadır Japararovla birlikdə Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərdə keçiriləcək tədbirlərdə iştirak edəcəklərini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda görkəmli liderlərimizə, xadimlərimizə, onların xatirəsinə bu cür münasibət yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb