İT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur ?

İT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur ?"Son bir il ərzində ölkədə İT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında sanki bir yarış başlandığı müşahidə olunur. Əvvəllər bu sahədə universitetlər və az sayda qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular. İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Hətta Elm və Təhsil Nazirliyindən fərqli bir çox dövlət qurumları da peşəkar İT təhsil sektoruna baş vurublar. Çünki, ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı var. İnanmaq istərdim ki, keyfiyyət də unudulmayacaq".

Bunu Sonxeber.az-a olan açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər.
İT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur ?"Beləliklə, İT və kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığına iddialı olan yeni qurumları və layihələri təqdim edirəm :
1. İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Beynəlxalq "Alqoritmika" qurumu birgə "İT Akademiya" formalaşdırıblar və yaxın müddətdə 3000 İT mütəxəssis hazırlamağı hədəfləyiblər.
2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzi kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssislərinin köməyi ilə kadr hazırlamağı planlayıb.
3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən "Technest" layihəsinə start verilib. Məqsəd İT üzrə milli kadrların yetişdirilməsini sürətləndirməkdir.
Nazirlik "İKT Lab" Tətbiq və Tədris Mərkəzi , "Code Academy", İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, "ABB Tech" ilə bu istiqamətdə əməkdaşlıq edir
4. Cari ildə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlığı məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış "Technion" Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlamağı hədəfləyib.
5. Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "B.EST Solutions" şirkəti birgə memorandum imzalayıb və Estoniyanın kibertəhlükəsizlik şirkəti – "CybExer" ilə birgə sahə üzrə təlimlər verməyi planlaşdırır.
6. Azərbaycan Texniki Universitetində Elmi Şuranın qərarı ilə Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası yaradılıb.
XRİT Dövlət Xidməti ilə əməkdaşlığa başlanıb. Burada artıq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə kadr hazırlığına başlanıb.
7. ETN "Code Academy" ilə birgə BDU və AzTU-da İT sahəsi üzrə xüsusi kurslar təşkil edib".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1080   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr