Oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramıdır

Oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramıdırOktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramıdır. Azərbaycanda dəmir yolunun tarixinə nəzər salsaq, görərik ki, o 1880-ci ildə uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Həmin tarixi dövrdən başlayaraq 135 il ərzində Azərbaycan dəmir yolu inkişaf edib, təkmilləşib və hazırda həyata keçirilən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin iştirakçısına çevrilib.

Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. Sonuncu dəfə 1955-ci il oktyabrın 3-də Azərbaycan Dəmir Yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan Dəmir Yolu müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilib. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıb. Depoların yaradılması, vağzal binalarının tikintisi, dəmir yolları xətlərinin çəkilməsi, yeni qatarların gətirilməsi və bir çox işlərin həyata keçirilməsi birbaşa ulu öndər Heydər Əliyevin adıyla bağlıdır.

Həmçinin Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ərzində də onun gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edilib. Sonralar 28 dekabr 1996-cı ili bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dəmir Yolunun ilk firma qatarlı olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verilib və dəmir yolu sahəsində çox böyük nailiyyətlərə imza atılıb.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilib. Həmin mərasimdə ümummilli lider Heydər Əliyev iştirak edib və burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirib.

Müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrilib. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başlayıb. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-in Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilib.

Azərbaycan Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 saylı əmri ilə Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezident İlham Əliyevin 2015-ci il 9 fevral tarixli qərarı ilə Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Carı il Azərbaycan dəmiryolçuları üçün bir neçə hadisə ilə yadda qalıb. Onlardan ən önəmlisi Bakı-Sumqayıt dəmir yolunun təmiri olub. Sentyabrın 12-də həmin xətlə ilk sərnişin qatarı yola salınıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir.

Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün "Stadler Rail Group" şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var.

Bakı sərnişin stansiyasında yenidənqurma işləri davam edir, yeni platformalar inşa olunub, qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yollarda əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli "Vağzal" mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır.

Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti özünün vaqon parkını müasir sərnişin və yük vaqonları ilə yeniləyir. Belə ki, 2015-ci il may ayında Bakıda keçirilən "TransCaspian" 2015 sərgisi çərçivəsində "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyası ilə danışıqlar nəticəsində 2920 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması barədə razılığa gəlinib. Həmin vaqonlardan 250-si artıq Azərbaycana gətirilib. Həmçinin ölkəmizə Qazaxıstan-ABŞ istehsalı olan yeni teplovoz gətirilib və daha 9 yük teplovozun alınması nəzərdə tutulub. Daha sonra isə Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib. Vaqon parkı İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonu ilə zənginləşdiriləcək. Bu müasir vaqonların "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcəyi gözlənilir. "Stadler Rail Group" şirkəti ilə Azərbaycanın "Railway İnternational Distribution" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqaviləyə əsasən 2016-cı ildə "Stadler" Gəncə vaqon istehsal zavodu fəaliyyətə başlayacaq. Yeni qatarların, teplovozların, lokomotivlərin gətirilməsi və görülən işlər ilə dəmir yolu sahəsində inkişaf sürətlə irəliləyir.

Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək "Bakı-Tbilisi-Qars" dəmir yolunun bu ilin sonunda işə düşməsi gözlənilir. Avqustun 3-də Qərbi Çindən ilk konteyner blok qatarı qəbul edilib və sentyabrın 28-də İsveçrədə "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Oktyabrın 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb. Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri danışıqların nəticəsi olaraq, "Qazaxıstan Dəmir Yolu" SC, "Çin Dəmir Yolları" (ÇSR), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilib. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Konteyner qatarı 44 ədəd vaqondan ibarət olub.

Yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə-tikinti işlərinə başlanılacaq. Bu barədə Azərbaycan və İran nümayəndə heyətlərinin Azərbaycan və İranın Astara şəhərlərində keçirilmiş görüşləri zamanı razılıq əldə edilib. Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 kilometrlik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 kilometrə yaxın hissəsinin tikintisi nəzərdə tutulur. Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır. Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 milyon tona, ikinci mərhələdə isə 10 milyon tona çatdırılması gözlənilir. Bütünlükdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin tikintisi böyük siyasi və iqtisadi əhəmiyyət daşımaqla yanaşı, ölkələrimizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 783   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr