MİQ imtahanı ləğv olunur?

MİQ imtahanı ləğv olunur?Milli Məclisin deputatı Siyavuş Novruzov müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı əlavə imtahanların ləğvini tələb edib.
"Hər il qanunvericilikdə dəyişiklik edilir, dərsliklər yenilənir. Nəzərə almaq lazımdır ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kimi iş tapmaqdan ötrü gərək həmin şəxs yenə test imtahanından keçsin. Başqa qurumlar da imtahan təcrübəsini tətbiq edir. Xaricdə diplomu təqdim edib iş tapa bilməyən şəxs Harvardı belə məhkəməyə verir. Universitet tələbədən oxuduğu 4 il müddətində təhsil haqqını alıb amma lazımi biliyi verməyib? Bəs elədirsə niyə onda diplom verirlər? Hər yerdə müəllimin qədri bilinməlidir. Qanunvericilikdə təkmilləşdirmə aparılmalıdır ki, insanların rahatlığını təmin edək" ,- deyə deputat qeyd edib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov Sonxeber.az-a bildirib ki, o Siyavuş Novruzov ilə eyni fikirdə deyil. Dövlət sifarişi ilə minlərlə insan müəllim ixtisasına yiyələnirlər, onların hamısını işlə təmin edə bilmərik. Diplom işə qəbul üçün əsas ola bilməz. Əmək bazarının tələbi özünü inkişaf etdirməkdir:

"Mən Siyavuş müəllimin fikri ilə razılaşmıram. Pedaqoji Universiteti bitirənlər Müəllimlərin işə qəbul imtahanında (MİQ) iştirak edirlər. Nəticələrə baxsaq, görərik ki, iddiaçıların heç də hamısı yüksək nəticə göstərmir. Ümumiyyətlə əmək bazarının tələbləri var. MİQ imtahanında şəffaflıq varsa, niyə gələcəkdə müəllim olmağı düşünən insan imtahanı problem kimi görməlidir? Müəllimlərin imtahandan keçirilərək işə götürülməsi doğru qərardır. Elm və təhsil nazirliyi yanında İctimai Şuranın üzvü olaraq daim monitorinq edirik. İmtahana qatılan gənclərlə söhbət edirik. Açığı, kifayət qədər gənclər görmüşəm ki, bu prosesdən narazı deyillər, əksinə, məmnundurlar.İmtahan şəraiti hamı üçün eynidir. Hörmətli Siyavuş müəllimə demək istəyirəm ki, dövlət sifarişi ilə minlərlə insan müəllim ixtisasına yiyələnirlər, biz onların hamısını işlə təmin edə bilmərik. Düşünürəm ki, müəllim olaraq seçilən insanlar ən yaxşılardan da yaxşı olmalıdır.
Mən bir neçə ölkədə MİQ imtahanını araşdırmışam. Finlandiya ən yaxşı təhsil sistemi olan ölkədir. Orada xüsusi müsabiqədən keçərək müəllim olurlar. Mən istisna etmirəm ki, Azərbaycan ali təhsil müəssisələrində savadlı insanlar təhsil alır. Amma qırmızı diplom məsələsi sadəcə Azərbaycanda var. Mən də qırmızı diplomla bitirmişəm . Amma qırmızı diplomlu insanlara nə zaman güzəşt olunub? Tutaq ki, rəqabət şəraitində 2 nəfər eyni balı toplayıbsa, yalnız o halda güzəşt olunur. Mən MİQ-lə bağlı ən sərt qərarların qəbulunun tərəfdarıyam. Çünki təhsilin keyfiyyətində problem varsa, bu birbaşa müəllim faktoruna bağlıdır. Orta məktəb müəllimlləri nə qədər savadlı olacaqlarsa, təhsil inkişaf edəcək. Elə müəllimlər var ki, biliyi yetərincə deyil. Saxta diplomlu müəllimlər var. Mikayıl müəllim nazir təyin olunanda bir qismini uzaqladırdı. Amma hələ də var. MİQ prosesinə qeyri-ciddi yanaşa bilmərik. Müəllimlər 5 ildən bir diaqostik qiymətləndirmədən keçməlidirlər. Əmək bazarının tələbi budur ki, daim öz üzərində işləməlisən".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5950   Tarix: 14 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr