"15 oktyabr cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür" - DEPUTAT

"15 oktyabr cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür" - DEPUTAT"15 oktyabr cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür. Bu tarix bizim üçün "son" yaxud "davam" arasında keçid oldu, amma Azərbaycan xalqı daxildən çoxsaylı xəyanətlərə, xaricdən təhdidlərə baxmayaraq dövlətçiliyimizin davamı üçün səs verdi.
19 il əvvəl seçki bülletenində İlham Əliyevin adını qeyd edən hər bir vətəndaş əslində Qarabağın bir daşını, bir qarış torpağını azad etmiş oldu. Məhz bu seçim bizi azad, inkişaf etmiş, iqtisadi müstəqilliyinə nail olmuş qalib Azərbaycana gətirib çıxardı".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, biz sabit bölgədə yerləşmirik, Şimala, Cənuba, Qərbə baxaq, hər tərəfdə vətəndaş qarşıdurması baş alıb gedir.

"Biz alovların arasında sabit yaşıl ada kimi görünürük. Hətta, 44 gün müharibə davam etdi, Bakıda bu müharibənin təhlükəsini kimsə hiss etmədi. Heç kim düşünməsin ki, bu sabitlik və bu ictimai təhlükəsizlik bizim üçün tarixin təbii gedişatının nəticəsidir. Bu stabillik yalnız və yalnız cənab İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsidir və Heydər Əliyev ideologiyasından başqa heç bir alternativ məfkurə, heç bir alternativ qüvvə Azərbaycanda sabitliyin sülhün sonrakı qarantına çevrilə bilməz. Bilirsiniz, məişət problemləri, sosial ehtiyaclar bütün dünyada var, amma hansı bir problem sabit təhlükəsiz həyat şəraiti ilə müqayisə oluna bilər.ə?! Mən çox arzu edirəm ki, aidiyyətı strukturlar, eyni zamanda mediamız bu reallığı sadə dillə vətəndaşa bir daha çatdıra bilsinlər ki, vətəndaş da bəzi hallarda olduğu kimi zərərli siyasi ideoloji təsirlərə düşməsin.

Bilirsiniz, bu bölgədə balanslaşdırılmış siyasət asan məsələ deyil, özünüz şahidsiz ki, 12-14 sentyabr təxribatlarında düşmənin layiqli cavabını verdiyimiz üçün qərbdəki antiazərbaycan koalisiyası daxildəki satqınlarla bərabər siyasi cəbhədə Azərbaycana necə hücum çəkdi? Hətta Azərbaycana münasibətdə 30 il pas atmış beynəlxalq mexanizmləri Ermənistanın lehinə işə salmağa da cəhd etdilər. Azərbaycan Prezidenti şəxsi qətiyyəti, qurduğu mükəmməl siyasi konfiqurasiyalarla bütün hücumları zərərsizləşirdi. Həm də nəinki zərərsizləşdirdi, əksinə baş verənləri bizim üçün siyasi fürsətlərə çevirdi.
Azərbaycan cəmiyyəti bu reallıqları bilməlidir, başa düşməlidir ki, İlham Əliyev bu xalq üçün bir şansdır. Heydər Əliyev yolu bu xalqın xilas yoludur. Bu gün Azərbaycan xalqına populizm, yaxud hansısa müavinət səviyyəsinə kiçilmiş psevdo vətənpərvərlik, yox, real iş və nəticələr lazımdır ki, cənab Əliyevin də Qarabağ və Zəngəzur boyda, iqtisadi müstəqillik kimi ölçüyə gəlməz nəticələri var".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1836   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr