Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza + FOTO

Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza + FOTOGoranboyda arvadını maşınla vurub daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Süleymanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 24-də qeydə alınıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən M.Süleymanov ifadəsində bildirib ki, qətlə yetirdiyi arvadı Əfsanə Məmmədova həm də onun xalası qızı olub.

Cütlük 2003-cü ildə ailə həyatı qurub və onların bu evlilikdən üç övladı dünyaya gəlib.

Mehmanın sözlərinə görə, evli olduqları müddət ərzində onun Əfsanə Məmmədova ilə dəfələrlə ailədaxili söz-söhbətləri olub. Tərəflər arasında ən ciddi münaqişələrdən biri də 2019-cu il mayın 28-də baş verib. Belə ki, yaranmış mübahisə nəticəsində Mehman qayçı ilə Əfsanəyə 4-5 dəfə zərbə endirib.

Həmin vaxt M.Sülehmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 3 il müddətinə azadlıqadan məhrum edilib, daha sonra bu cəza 2 il sınaq müddəti ilə əvəz olunub.

Cütlük arasında növbəti mübahisə isə Mehmanın öz bacılarına maddi yardım etməsi üstündə baş verib. Bu hadisədən sonra təxminən 10 gün bir-birilərini danışdırmayıblar. 10 gün sonra isə axşam saatlarında Mehman işdə olduğu zaman ortancıl oğlu ona zəng edərək anasının evdən getdiyini bildirib.

Bundan sonra o, Əfsanəni "Whatsapp"da bloka atıb. Əfsanə isə "Instagram"da onunla bağlı paylaşımlar edib. Bundan sonra isə kiçik oğlu "Whatsapp"da atasına səsli mesaj ataraq bu məsələdə onu qınayıb.

Bundan başqa, o bir-iki dəfə qaynı Mehmanı götürüb işə aparmaq üçün baldızı Nurtəkinin şirniyyat sexinə gedib. Həmin vaxtlar Nurtəkinlə Əfsanə də danışmayıblar. O, Mehmanı götürməyə getdiyi zaman Nurtəkin ona "Neyləyirsən Əfsanəni? Başını burax getsin, eşitdiyimə görə maşın almaq istəyir", - deyib.

Mehman Nurtəkinin bu sözlərinə inanmaq istəməyib, lakin Əfsanənin "Instagram"da gəzdiyi yerlərin şəklini paylaşmağı, bundan başqa "iPhone 12" markalı telefon işlətməsi, kürk geyinməsi, işləmədən kirayədə qalmasını düşündükdə, Əfsanənin başqa biri ilə münasibətinin olduğunu fikirləşib.

Mehman həm də bu qənaətə gəlib ki, Əfsanə uşaqlarını atalarına qarşı öyrədib və onlara nalayiq sözlər dedirdib.

Bütün bu səbəblərdən o, Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib. O, bunu Əfsanənin qohumlarının yanında da deməkdən çəkinməyib.

18 mart 2022-ci il tarixdə o, qaynı Mehmanla birgə Bakıdan Ağdaşa, bacısı Zülfiyyəgilə qonaq gedib. Mehman Süleymanov daha sonra uşaqlarının Dəliməmmədli şəhərində olduğunu öyrənib. O, baldızına zəng edərək kiçik oğlunu görmək istədiyini bildirib. Lakin bir neçə dəqiqə sonra Nurtəkin ona zəng edərək oğlunun onunla görüşmək istəmədiyini bildirib. Mehman da bundan əsəbiləşib və oğlu ilə qayınanasının evində görüşəcəyini bildirib.

Mehman sözügedən ünvana gələn zaman baldızı ilə Əfsanənin yolla getdiyini görüb. O, maşını onların qarşısında saxlayaraq Əfsanəyə yaxınlaşmaq, ondan hansı səbəbdən evdən getdiyini soruşmaq istəyib. Əfsanə isə Mehmanı görən kimi qaçmağa başlayıb. Bundan sonra əri "Land Rover" markalı avtomobilinə əyləşərək maşını Əfsanənin arxasınca sürüb və onu vurub. Mehman daha sonra maşında olan bıçağı götürüb və yerdə huşsuz vəziyyətdə olan arvadına üç bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Davamında isə Mehman yoldan keçən tanımadığı avtomobilə əyləşib və onu polisə aparmasını xahiş edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1374   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr