Alman alim Prezident Makrona açıq etiraz məktubu yazdı, Azərbaycanı müdafiə etdi

Alman alim Prezident Makrona açıq etiraz məktubu yazdı, Azərbaycanı müdafiə etdiAlmaniyalı alim, doktor Mixael Reynhard Hess (Michael Reinhard Hess) Fransa Prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də "France 2" telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib.

Açıq məktubu alim özünün Facebook sosial şəbəkəsindəki şəxsi hesabında yerləşdirib.

"Nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıyam, bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur, bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik bir açıq məktub yazmağı vacib saydım". E.Makrona müraciətini bu sözlərlə başlayan alman alim, ilk növbədə, Fransa prezidentinin müsahibədə münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmır və onun mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini bildirir. Bunu aşkar məntiqsizlik kimi səciyyələndirən M.R.Hess yazır: "Çünki, bir tərəfdən siz Fransanı "vasitəçi qüvvələrin bir hissəsi" kimi təsvir edir, digər tərəfdən, həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan "əlini çəkməyəcək". Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi "vasitəçilik" səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər".

Alman alim, həmçinin, hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzlunun səbəblərindən biridir.

E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa prezidentinin "Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı" sözlərini misal gətirir, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladır. Alman alim "Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması haqqında" 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salır. O, həmçinin Fransanın prezidentinin diqqətini Normandiya əyalətindəki separatçıların, Adalarla yaxınlığına görə, bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldir və yazır:

"Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüquq prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt "mübahisə" üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız".

M.R.Hess "müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi" barədə Fransa prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verir, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladır.

Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma "erməni genosidi"ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirir.

Fransa prezidentinin müsahibəsində söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.R.Hess onu qarşı tərəfindən səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırır, həmçinin, münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə E.Makrona vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edir.

Xatırladaq ki, 55 yaşlı alim Mixael Reynhard Hess hazırda Azad Berlin Universitetində və Giezen şəhər Universitetində çalışır. Azərbaycan ədəbiyyatına, tarixinə və mədəni irsinə dair bir neçə kitabın müəllifidir. Onun bu il çapdan çıxmış almanca "Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabın ADA Universitetində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təqdimatı təşkil edilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1325   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr