"Azərbaycanda ölüm sayı kəskin artıb" – FOTO

"Azərbaycanda ölüm sayı kəskin artıb" – FOTO"Azərbaycanda əhalinin təbii artımı və doğulanların sayı kəskin şəkildə azalır".

Sonxeber.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

O, ölənlərin sayının sürətlə artdığını deyib:

"9900 nəfər koronavirusdan dünyasını dəyişib, 2020-ci ildə isə 3 min şəhid vermişik, statistikaya bu da salınıb. Son iki ili götürəndə əvvəlki iki illə müqayisədə ölüm halları 26 mindən çox olub".

Ekspertin sözlərinə görə, mənzillərdə kimsəsiz ölənlərin sayı bu statistikaya salınmayıb: "Mətbuatdan məlumat alırıq ki, hansısa mənzildə adam ölü tapılıb. Çoxlu sayda belə məlumatlar var, amma bu kimi ölümlərin statistikası aparılmır. Kəndlərdə ümumiyyətlə, belə ölümlərlə bağlı məlumat verilmir".

Vahid Məhərrəmov həyat vəziyyətinin ağır olması ilə bağlı ailələrin dünyaya uşaq gətirmək istəmədiyini vurğulayıb: "Dünyaya uşaq gətirmək böyük xərc tələb edir. Bir uşağın Bakı şəhərində uşaq bağçasında saxlanılması üçün 500-600 manat tələb olunur. Gəlir yoxdursa, ana-ata nə etməlidir? Ona görə də ailələr uşaq istəmirlər".
"Azərbaycanda ölüm sayı kəskin artıb" – FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2724   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr