Deputat oğlunun iş tapa bilməməsi ilə bağlı dediklərinə aydınlıq gətirdi

Deputat oğlunun iş tapa bilməməsi ilə bağlı dediklərinə aydınlıq gətirdi"Mən, sadəcə, oğlumun "Green card" vasitəsilə ABŞ-a getməyə hazırlaşdığı ilə bağlı yayılan yalan məlumatlara aydınlıq gətirmişdim. Bu qədər söhbətin içində nə üçün Tahir Kərimlinin oğlunun iş tapmaması qabardılır? Heç bu məsələnin mövzuya aidiyyatı yoxdur. Tamamilə başqa məsələdən indi mənim əleyhimə düşməncəsinə istifadə olunur ki, oğlum iki aydır iş tapmır və s. Biz kimdənsə iş istəmirik, bunun kiməsə dəxli yoxdur. Bu nə söhbətdir, nə düşmənçilikdir? Mənim oğlum işi necə tapacaq, nə edəcək, ya MAXE olacaq, bunun kimlərə nə dəxli var? Nə qədər hörmətsiz yanaşmadır. Mən inanıram ki, xalqım belə deyil. Suyu bulandırmaq istəyənlər, mənə qarşı xoş münasibətdə olmayanlar var. Böyük bir müsahibənin içində yarım cümləni tamamilə başqa cür düzəldib paylaşırlar. Əlyehimə videolar, fotolar yayıb, təbliğat aparırlar".

Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli deputat maaşının onun ailəsinə yetərli olmadığı, buna görə oğluna iş axtardığı barədə səslənən fikirlərə də münasibət bildirib:

"Söhbət deputat maaşındanmı gedir? Deputat maaşı da alınır, ailəyə də bəsdir, hələ yardımlar da edirik. Biz nə vaxt demişik ki, deputat maaşı bəs deyil? Ayıbdır, bunu demək, doğrudan da, ayıbdır. Dediyim, demədiyim sözü xəbərin başlığına çıxarıb, mənə qarşı düşmən kimi istifadə edirlər. Belə olmaz axı, belə düşmənçilik olmaz!".

Deputat özünün və ailə üzvlərinin saxta profil açaraq sosial şəbəkələrdə şərhlər yazması barədə yayılan iddialara isə belə cavab verib: "Ayıbdır, deyəsən ki, Tahir Kərimlinin övladları, qardaşları saxta profillə sosial şəbəkələrdə şərh yazırlar. Mənim partiyam var. Partiyamda onlarla insan maaş, yardım alır, üzvdürlər. Kimin nə ehtiyacı var saxta profilə? Məgər biz iki-üç nəfərik? Mənim heç buna vaxtım varmı? Bu nə deməkdir? Niyə özlərinə aid olan xüsusiyyətləri bizim adımıza verirlər? Bütün bunlar yalandır".

Xatırladaq ki, Tahir Kərimli oğlunun ABŞ-a getmək üçün "Green card"a müraciət etməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlamasında demişdi:

"Mənim oğlum ABŞ-a getməyib, heç vaxt da getmək fikri olmayıb. O, Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın "Borjomi" komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə Vətənə gəlib. Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib"./Pravda


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3199   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr