Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTO

Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə keçirilən və dünyanın ən həyəcanverici drift seriyası olan "Red Bull Car Park Drift" çempionatının milli final mərhələsi başa çatıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, yarışda milli pilotlarimizdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutub.

Qalibləri Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Azərbaycan Gənclər və İdman Naziri cənab Fərid Qayıbov təltif ediblər.

Qeyd edək ki, birinci yerin sahibi Adil Axundov Səudiyyə Ərəbistanda keçiriləcək "RedBull Car Park Drift"in dünya finalında Azərbaycanı təmsil edəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan "Red Bull Car Park Drift" yarışında ən yaxşı drift nümayiş etdirən 16 nəfər iştirakçı milli final mərhələsində yarışıb. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, drift məharətlərini sərgiləmək və "pendulum", "spiral", "gate", "flipper" kimi tapşırıqlardan ibarət olub.

Avqust ayında "Red Bull Car Park Drift" yarışının hazırki iştirakçıları dünyaşöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri almışdılar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən Abdo Feqalinin adı Ginnesin Rekordlar Kitabına salınıb. O, həmçinin, 2008-ci ildə Livanda keçirilən ilk "Red Bull Car Park Drift" yarışının da qalibidir.
Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTOAzərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1644   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Pele əməliyyat olundu - FOTO

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

6 sentyabr 2021
.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021