Qanunda qadın və kişi bərabərdir, bəs əməldə?

Qanunda qadın və kişi bərabərdir, bəs əməldə?İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Azərbaycan qanunvericiliyində qadın və kişi bərabərhüquqludur. Lakin biz məişətdə qadınların hüquqlarının pozulduğunun, qısqanclıq zəmnində cinayət qurbanı olduqlarının, geyim və digər şəxsi seçimlərinə müdaxilə olunduğunun şahidi oluruq. Qanunun əməldə riayət olunmamasının səbəbi nədir? Qanundakı boşluqlar? Milli mentalitet ya qadınların öz haqlarını tələb etməməsi?

Hüquqşünas Vəfa Rüstəm Sonxeber.az-a bildirib ki, cinayət qanunvericiliyimizdə boşluqlar var. Tarix boyu əzilmiş və hüquqları pozulmuş biri və hüquqları qorunan digər tərəflə bərabər davranmaq əslində doğru deyil. Bu bərabərlik faktiki bərabərliyi təmin edənə qədər qadınlar müəyyən fərqliliklər və güzəştlər ilə təmin olunmalıdırlar:
Qanunda qadın və kişi bərabərdir, bəs əməldə?"Qanunvericilikdə belə keçir ki, qadın və kişi bərabərdir. Amma qanunvericiliyimizdə çoxlu boşluqlar var. Qadın və kişinin bərabərhüquqlu olmamasınıın səbəbləri müxtəlifdir: sosial, iqtisadi və hüquqi. Bunlar bir-biri ilə çox əlaqəlidir, biri digərinə təsir edir. Azərbaycanda biz daha çox sosial problemləri görürük ki, qadına qarşı patriarxal münasibət var. Kişi qadından üstün sayılır. Eyni zamanda qadınların iqtisadi azadlıqları yoxdur. Qanunda da müəyyən problemlər var. Ən ciddi problemimiz məişət zorakılığı ilə bağlıdır.
Azərbaycanda məişət zorakılığı ilə mübarizə haqqında qanun var. Lakin bu qanun bütün qadınların yox, ancaq məişətdə zorakılığa məruz qalmış qadınların hüquqlarını əhatə edir. Eyni zamanda cinayət qanunvericiliyimizdə də boşluqlar var. Tarix boyu əzilmiş və hüquqları pozulmuş biri və hüquqları qorunan digər tərəflə bərabər davranmaq əslində doğru deyil. Bu bərabərlik faktiki bərabərliyi təmin edənə qədər qadınlar müəyyən fərqliliklər və güzəştlərlə təmin olunmalıdırlar. Bu, əslində qadına üstün hüquqların tanınması, kişilərin hüquqlarının pozulması deyil. Sadəcə faktiki hüquq bərabərliyinin yaradılmasına xidmət edir.
Cinayət məcəlləsində döymə halında zərərçəkmiş tərəf gəlib ərizəsini geri götürsə, işə xitam verilir. Bu maddə özü döyülən bütün qadınların hüquqlarını pozur. Çünki o qadınların əri, ailəsi, bütün nəsli məcbur edir ki, ərizəni geri götürsün. Belə halda qadının ərizə götürüb götürməməsindən asılı olmayaraq kişinin ona qarşı cinayətləri araşdırılmalıdır. Cinayət prosesində digər problemlər var ki, məsələn, qadınlar istismar edilir, bütün gün ev işləri gördürülür, təhsildən yayındırılır,geyiminə nəzarət olunur və s. Ümumilikdə qanunvericilikdə psixoloji,iqtisadi zorakılıq var, amma bununla mübarizə rıçaqlarımız yaxşı deyil. Digər tərəfdən təşkilati struktur problemləri var ki, bu siyasi məsələdir. Daxili İşlər Nazirliyi, Prokurorluq öz əməkdaşlarına bu problemlə mübarizə üçün təlim keçməlidirlər. İstər Daxili İşlər Nazirliyi, istər Prokurorluq orqanında qadınların sayının az olması, digər tərəfdən onların qadınlarla rəftarının pis olması, bu sahədə təlim görməməkləri həm qadınların, həm də onların himayəsində olan uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır".

Hüquqşünas həmçinin bildirib ki, təqsirləndirilən tərəfin hüquqları daha çox qorunur, nəinki zərərçəkmiş tərəfin:
"Məişət zorakılığına məruz qalan qadına hüquqi yardım göstərilmir, amma məişət zorakılığı törətmiş kişi həbs olunanda tələb etsə, pulsuz hüquqi yardım göstərilir. Burada bərabərlik haradadır? Həbs olunan şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ var . Amma bu keyslərdə zorakılıq törədən tərəfin daha çox kişilər olduğunu və zərərçəkmişlərin qadın olduğunu nəzərə alsaq, görürük ki, əslində zərərçəkmişlərə verilməyən ödənişsiz hüquqi yardım cinayətkara verilir. Məişət zorakılığı haqqında qanunda var ki, qadına ödənişsiz hüquqi yardım verilə bilər , amma bunun mexanizmləri işlənib hazırlanmayıb, Nazirlər Kabineti o kvotaları müəyyən etməyib. Ona görə də qadının pulsuz hüquqi yardıma əli çatmır, kişi isə cinayət işi başlasa, dərhal təqsirləndirilən şəxs kimi pulsuz hüquqi yardımla təmin edilməyini tələb edir. Çoxsaylı belə problemlər və boşluqlar var".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
Qanunda qadın və kişi bərabərdir, bəs əməldə?Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2247   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

16 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr