Sumqayıtda film kimi hadisə - Sərxoş halda yol polisindən qaçdı, qəza törədib kanala düşdü - VİDEO

Sumqayıtda film kimi hadisə - Sərxoş halda yol polisindən qaçdı, qəza törədib kanala düşdü - VİDEOSumqayıtda törətdiyi qayda pozuntusuna haqq qazandırmaq üçün yalan danışan sərxoş sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sonxeber.az-a DİN-dən məlumat verilib. Məlumata görə, oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Lakin, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir "Toyota" markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb. Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub. Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin "saxla" əmrinə tabe olmadığı müəyyən edilib. Qeyd edək ki, Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb. Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsələndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib. Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1416   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın portalına müsahibəsində deyib. Onun sözlərinə görə, ən əsas

2 may
.

Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib - ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir

Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsəd

3 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola

2 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib. "Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləy

3 may
.

Cinayət işlərində həbs qərarlarına YENİLİK

İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları

2 may
.

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:

2 may