İmtahandan keçənlər dövlət qulluğuna niyə qəbul ola bilmirlər? - AÇIQLAMA
"2016-cı ilə qədər dövlət qulluğuna imtahanlar Dövlət Qulluğuna Qəbul Komissiyası tərəfindən həyata keçirilirdi. Sonradan bu, Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Bu prosesin test mərhələsinin şəffaflığı ilə bağlı hər hansı şübhəmiz yoxdur. Yəni imtahan iştirakçılarının özlərinin fərdi əldə etdikləri biliklər vasitəsilə DİM-in imtahanında uğur qazanmağının şahidiyik".
Bu fikirləri Sonxeber.az-a açılamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, dövlət qulluğuna qəbul üzrə test imtahanları şəffaf olsa da, iştirakçılar müsahibə mərhələsində çətinliklə üzləşirlər:
"Söhbət test imtahanından gedir. Yəni DİM tətəfindən keçirilən dövlət qulluğuna dair test imtahanları şəffafdır, obyektivdir, ədalətlidir. Amma test mərhələsindən sonra müsahibə mərhələsi başlayır. Çox təəssüflər olsun ki, dövlət qurumları çıxarılmış vakansiyaya həqiqətən də Azərbaycanda bilik və bacarıqlı kadr potensialının formalaşmasında müsbət rolu olacaq, xidmət sektorunu inkişaf etdirəcək şəxsləri yox, hansısa yollarla özünə yaxın olan yaxud razılaşdırılmış şəxslərin daha çox işə qəbulunda maraqlı olurlar. Bu prosesə, yəni müsahibə mərhələsinə, təəssüf ki, Dövlət İmtahan Mərkəzi müdaxilə edə bilmir. Onlar yalnız test mərhələsindən keçmə ilə bağlı sertifikatı təqdim edirlər və bundan sonrakı mərhələ, çox təəssüflər olsun ki, keçilməz yollar kimi çətindir. Yəni bu gün imtahanın test mərhələsi nə qədər şəffaf, obyektivdirsə, müsahibə mərhələsində biz bunun əksini açıq şəkildə görürük. Yəni gənclər bu prosesdən kənarda qalırlar. Ona görə də dövlət qulluğuna gedən gənclərin sayında son illər çox ciddi şəkildə azalma müşahidə olunur. Yəni onlar bilirlər ki, ciddi şəkildə burada kənar müdaxilə var, bilikli və bacarıqlı şəxslər kənarda qalırlar".
K.Əsədov təklif edib ki, bunun qarşısını almaq üçün hər iki mərhələyə nəzarət DİM-ə verilməlidir:
"Elə qurumlar var ki, test və müsahibə mərhələsindən keçiblər, lakin iki il ərzində onları ehtiyatda saxlayıb sonra da işə qəbul etməyiblər. Bu, ciddi bir problemdir. Bunun aradan qaldırılması üçün müsahibə mərhələsində dövlət qurumlarından gələn nümayəndələr çıxarılmalıdır və proses tam olaraq həm test, həm də müsahibə mərhələsində birbaşa DİM-ə verilməlidir. Bu gün gənclərin dövlət qulluğuna gəlmələrinə bu amil ciddi şəkildə öz mənfi təsirini göstərir. Dövlət qurumları savadlı gəncləri işə götürmür. Onların yerinə müqavilə ilə öz işçilərini saxlayırlar. Nə qədər vakant yer var və əksər işsiz gənclərimizi işlə təmin etmək mümkündür".
Nuranə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir