Tehran Mənsimov: "Minaya düşdüm, maşın aşdı, yaralandım"
Xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu, polkovnik Tehran Mənsimov 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb.
Tehran Mənsimov "Azərbaycan" qəzetinə müsahibəsində deyib ki, o, müharibə zamanı Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə (hazırda general-polkovnik rütbəsi ilə müdafiə nazirinin birinci müavini, Baş qərargah rəisi vəzifəsindədir) görüşüb.
"Qeyd edim ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedişinə mühüm töhfə verirdi. Döyüşlərin gərgin mərhələlərinin getdiyi Xocavənd rayonunun icra hakimiyyətinin başçısı, I Qarabağ müharibəsində könüllü özünümüdafiə dəstələrinin komandiri olmuş Eyvaz Hüseynovun da iştirak etdiyi görüşdə əməliyyat şəraitini, döyüş tapşırıqlarını dəqiqləşdirdik, geniş məsləhətləşmə keçirdik. Hərbi komandanlığın yeni qərarlarını söyləyən Kərim Vəliyev qarşıdakı strateji hədəflər barədə məxfi məlumatları diqqətimə çatdırdı. Kərim Vəliyev Ali Baş Komandanın hazırlayıb təsdiq etdiyi Şuşa əməliyyatı barədə vacib məqamları dedi və ordu rəhbərliyinin tapşırıqları haqda məlumat verdi. Mənə artıq hər şey məlum idi", - deyə Tehran Mənsimov deyib.
O əlavə edib ki, sonra Horadizə gedərək Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşılayıb.
"Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər".
Tehran Mənsimov bildirib ki, yüksəklikdən geri qayıdanda isə ermənilər onun hərəkətdə olan avtomobilini atəşə tutublar:
"Bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim", - deyə Tehran Mənsimov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir