Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMABildiyimiz kimi, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Rusiya və ABŞ-da belə hicablı xanımlar başlarını açmadan vəsiqə ala bilirlər. Azərbaycanın Daxili İşlər Nazirliyi ölkədəki bu qanunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslandırır. Lakin həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyində yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sonxeber.az-a bildirib ki, vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir:

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA"Fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Təsbit olunan nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.

Bütün dünyada təhlükəsizlik məqsədilə pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir.

Eynəkdə isə məhz şəxsin göz nahiyəsi aydın görünməli, eynək onu qapamamalı, tünd olmamalı, tam şəffaf olmalıdır.

Bununla yanaşı, qanunvericilikdə şəxsin saqqalla şəklinin çəkilməsinə dair qadağa yoxdur. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər".

Vəkil Hüseyn İsmayılov bildirib ki, məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır. Hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər:
Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar? - ARAŞDIRMA"Adıçəkilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli Maşınla oxuna bilən səyahət sənədləri (Machine Readable Travel Documents) haqqında tələblərin bir qismi isə belədir:

- Foto ağ fonda və naxışsız olmalıdır, arxa fonda kölgə olmamalıdır, son vəziyyətini göstərmək üçün şəxs tərəfindən son 6 (altı) ay ərzində çəkilmiş olmalıdır.
- Üz tam görünməli, saç düzümü ilə birlikdə fotoşəkilin ortasında olmalıdır. Fotoşəkildə heç bir ləkə və ya əyilmə olmamalıdır. Rənglər neytral olmalı və üzün təbii rənglərini əks etdirməlidir. Kontrast yaxşı tənzimlənməli, detallar kifayət qədər kəskin və aydın olmalıdır.
- Gözlər açıq vəziyyətdə olmalı və aydın görünməlidir. Şəkil çəkərkən saçlar gözləri örtməməli və birbaşa kameraya baxmalıdır. İşıq üzə bərabər şəkildə əks olunmalı, əks və kölgə olmamalıdır.
- Fotoşəkildə "qırmızı göz" olmamalıdır. Gözlər aydın görünməli, eynəkdə əks olunmamalı, rəngli eynək və ya gün eynəklərindən istifadə edilməməlidir. Eynək lensinin kənarı və ya çərçivəsi gözləri örtməməli və ya onları örtəcək qədər qalın olmamalıdır.
- Uşaqların fotoşəkillərində başqa insanlar və əşyalar olmamalıdır.
- Fotoşəkildə şəxsin mütləq istifadə etdiyi eynək və buna bənzər aksesuarlar istisna olmaqla, papaqlar, papaqlar, borular və s. obyektlər mövcud olmamalıdır.
- Hicablı fotolarda üz çənənin ucundan alnına qədər görünməli, üzdə kölgə olmamalıdır.

Sənəddə hicablı fotolara dair tələblər də müəyən edildiyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən hicablı fotolara dair hər hansı qadağa olmadığından həmin məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır. Odur ki, şəxsiyyət vəsiqəsində hicablı fotonun yerləşdirilməsinə yol verilməməsi və hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9133   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?

Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr