Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?
Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi, müəssisə rəhbərliyinin fəaliyyətinin araşdırılması və valideynlərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.
Bəs, uşağın qanında psixotrop maddənin aşkarlanması ilə bağlı hadisənin bağçada baş verdiyi təsdiqlənərsə, müəssisə rəhbərini və digər məsul şəxsləri hansı hüquqi məsuliyyət gözləyə bilər və valideynlər öz hüquqlarını qorumaq üçün hansı addımları ata bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, uşağın qanında psixotrop maddənin aşkarlanması və həmin maddənin bağçada uşağın orqanizminə daxil olduğunun təsdiqlənməsi halında bir neçə istiqamət üzrə hüquqi məsuliyyət yarana bilər.
"Lakin hər bir şəxsin məsuliyyəti onun konkret hərəkəti və ya hərəkətsizliyi, təqsiri və hadisə ilə səbəbli əlaqəsi əsasında müəyyən edilməlidir. Bağça rəhbərinin və ya digər əməkdaşın uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəzifələrini pozması əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər. Bu baxımdan, direktorun işdən azad edilməsi əmək-hüquqi məsuliyyət tədbiri kimi tətbiq oluna bilər. Lakin direktorun işdən çıxarılması onun avtomatik olaraq cinayət törətdiyi anlamına gəlmir. Uşaqların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, konkret hüquqpozmanın tərkibi olduğu halda, İnzibati Xətalar Məcəlləsi üzrə məsuliyyət yarada bilər. Bu, cərimə və qanunvericilikdə nəzərdə tutulan digər inzibati tədbirlər formasında ola bilər. Konkret hüquqi normanın tətbiqi müəyyən edilmiş pozuntunun xarakterindən asılıdır".
Vəkil bildirib ki, əgər direktor və ya digər vəzifəli şəxs öz vəzifələrini səhlənkarlıqla yerinə yetirib və nəticədə uşağın sağlamlığına qanunda nəzərdə tutulan ağır zərər dəyibsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi - səhlənkarlıq üzrə məsuliyyət məsələsi araşdırıla bilər:
"Psixotrop maddənin uşağa qəsdən verilməsi, satılması və ya onun qanunsuz dövriyyəsi müəyyən edilərsə, Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müddəaları tətbiq oluna bilər. Yetkinlik yaşına çatmayan şəxslə bağlı bu cür əməllər qanunvericilikdə daha ağır məsuliyyət yaradan hallar kimi nəzərdə tutula bilər. Uşağın sağlamlığına zərər dəydiyi sübuta yetirilərsə, müalicə və digər zəruri xərclərin, eləcə də qanunvericiliyin imkan verdiyi hallarda digər maddi və mənəvi zərərin ödənilməsi tələb oluna bilər. Zərərin müəssisə əməkdaşının əmək vəzifələrini yerinə yetirərkən törətdiyi təqsirli hərəkət nəticəsində yarandığı müəyyən edilərsə, müəssisənin mülki məsuliyyəti məsələsi də gündəmə gələ bilər".
Onun sözlərinə görə, valideynlər uşağın tibbi müayinəsinin və laborator analizlərinin nəticələrini əldə etmək, hadisənin rəsmi araşdırılmasını tələb etmək, mövcud video görüntülərin və digər sübutların qorunmasını istəmək, həmçinin hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququna malikdirlər:
"Hadisənin bağçada baş verdiyinə dair əsaslı şübhə varsa, araşdırma yalnız direktorun işdən çıxarılması ilə yekunlaşmamalıdır. Psixotrop maddənin uşağın orqanizminə hansı şəraitdə daxil olduğu və konkret şəxslərin hansı hüquqi məsuliyyət daşıdığı rəsmi araşdırma nəticəsində müəyyən edilməlidir. Belə hadisələrdə əmək, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət məsələləri eyni vaxtda yarana bilər. Bununla belə, məsuliyyətin növü və konkret şəxsin məsuliyyətə cəlb edilməsi onun təqsiri, vəzifələri, hərəkəti və ya hərəkətsizliyi, eləcə də baş vermiş nəticə ilə səbəbli əlaqə müəyyən edildikdən sonra həll olunmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Sergey Lavrov Bakıya gəldi
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi