Son günlər yayılmış qrip koronavirusla bağlıdır? - AÇIQLAMA
Son günlərdə ölkədə yoluxucu qrip mənşəli xəstəlik yayılıb. Daha çox azyaşlılarda təsadüf olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Böyüklər və uşaqlar arasında yayılan qrip artıq müəyyən kütlə arasında yayılıb. Xəstəlik yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürək kimi simptomlarla müşahidə olunur.
Daha əvvəl isə Səhiyyə Nazirliyi azyaşlı uşaqların qrip əleyhinə peyvənd olunması ilə bağlı tövsiyə verib. Komleks tədbirlər planı çərçivəsində bütün şəhər və rayonlarda müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabr ayının 10-dan başlayaraq bir ay ərzində həyata keçiriləcək.
Azərbaycan həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev Sonxeber.az-a bildirib ki, son zamanlar yayılan xəstəlik mövsümi xarakter daşıyır:
"Bu xəstəlik mövsümi kəskin respirator xəstəliklər qrupundandır. Əksər hallarda virus mənşəli olur. Amma bunun koronavirusla əlaqəsi yoxdur. Səhiyyə Nazirliyinin qripə qarşı peyvəndlənmə ilə bağlı yaydığı açıqlama tövsiyə xarakteri daşıyır. Yəni uşaqların mövsümi kəskin respirator xəstəliklərlə bağlı, əsasən virus törədicisi xəstəliklərə qarşı peyvəndlər var və könüllü sürətdə həyata keçirilir. Səhiyyə Nazirliyi bunu məcburi qaydada etmir. Sadəcə peyvəndlənmə ilə bağlı maarifləndirmə işi aparmaq olar. Yəni peyvənd olunmuş uşaqlar bu xəstəlikləri daha yüngül keçirirlər. Yaxud çox yüngül keçirdiyinə görə onların xəstəliyə yoluxduğu bilinmir.
Təbii ki, bu məsələdə immunitetin inkişafı üçün peyvəndlərin qoruyucu təsiri var. Amma bunun bir epidemik hal olduğunu düşünmürəm. Müəyyən qədər yayılma olsa da, tam kütləvi xarakter daşımır. Hər il olduğu kimi, payız vaxtı mövsümi olaraq kəskin respirator xəstəliklərin sayı artır. Hələ ki, bununla bağlı təhlükəli durum müşahidə etmirəm".
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının "Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq, "2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə" əmr imzalayıb.
Nuranə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1159 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
16 oktyabrFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da
17 oktyabrBağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?
Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba
16 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabrÖvladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin
16 oktyabr