"Biz artıq Qarabağı, oradakı nəzarətimizi itirmişik və əvvəlki dəyərimiz qalmayıb" - Qriqoryan
"Qarabağın hər hansı danışıqlar apara biləcəyinə böyük ümidlər bəsləməməliyik".
Bunu erməni politoloq, ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan deyib. O bildirib ki, Qarabağın hansısa danışıqlar apara və Azərbaycandan nəsə qopara biləcəyinə inanmır.
"Xankəndi ilə Bakı arasında danışıqları necə olmalıdır? Azərbaycanlılar xoşməramlılıq nümayiş etdirirlər və öz vətəndaşları ilə, onların dediyi kimi, onların qayğılarını dinləmək üçün dialoqa başlamağa hazırdırlar. Amma onların sentyabrda Ermənistan sərhədləri daxilində nə etdiklərini bilirik. Yəni biz böyük ümidlər bəsləməməliyik ki, Qarabağ hansısa danışıqlar apara, Azərbaycandan nə isə qopara bilsin", – deyə Qriqoryan bildirib.
Onun fikrincə, Ermənistan hakimiyyətinin Qarabağı tərk etməsində günahı yeni deyil, ən böyük günah onların müharibədən yayına bilməmələri olub.
"Biz artıq Qarabağı, Qarabağda nəzarətimizi itirmişik və danışıqların predmeti kimi müharibədən əvvəl sahib olduğumuz dəyərə malik deyilik. Təbii ki, bizim tanınmağımızın Azərbaycan üçün müəyyən dəyəri var, məncə, söhbət bundan gedir. Ermənistan Azərbaycanın bu tələbini ödəsə, o zaman Bakı öz ambisiyalarından və Zəngəzur yolundan əl çəkməlidir. Hətta Azərbaycanı Naxçıvanla birləşdirən başqa bir yol təklif olunur.
Bircə Azərbaycanın ərazi bütövlüyünün tanınması qalır və buna görə də hakimiyyət azərbaycanlıların 29,8 min kvadrat kilometr ambisiyalarından əl çəkməsindən danışır. Burada üçüncü tərəflərin maraqlarını və mövqelərini, xüsusən də Rusiyanın mövqeyini nəzərə almadan bunun mümkün olub-olmaması müzakirəsinə qayıdırıq. Bu nəzərə alınmasa, o halda nə baş verəcək?", – Qriqoryan deyib./Manset
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1489 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr