Abdullahianın tviti Ermənistana ciddi siqnaldır
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın tvitində olduqca maraqlı nüans var. O yazır: "Ermənistanda mən cənab Paşinyanla Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı vacib görüş keçirdim". Burda əsas vurğu və açar sözlər "xarici qüvvələrin müdaxilə etməməsi"dir.
Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Artak Zakaryan deyib.
O bildirib ki, bu, İranın Cənubi Qafqazda xarici maraqların müxtəlif və ziddiyyətli müdaxiləsindən narahatlığını rəsmi şəkildə ifadə etdiyi kifayət qədər aydın fikirdir:
"Ermənistan hakimiyyəti bu məsələdə çox mənfi rol oynayıb, xüsusən də hər biri təhdidlərlə dolu olan müxtəlif tərəflərə ziddiyyətli vədlər verib.
İran görür ki, Ermənistan hakimiyyəti bütün xarici tərəflərin maraqlarını qarışdırıb və nəticədə regionda yeni müharibə alovlanır. Bu müharibəyə bu dəfə bütün xarici güclər müdaxilə edə bilər.
Rusiyanın Ukrayna ilə bağlı hərbi-siyasi yükünü nəzərə alan İran Ermənistan hakimiyyətinin pis siyasəti nəticəsində İran üçün təhlükə yaradan yeni regional fəlakətin qarşısını müstəqil şəkildə almağa çalışır. Üstəlik, hərbi təlimlərin miqyasına və istiqamətinə görə İran daha ciddi olduğunu nümayiş etdirir".
O, kollektiv Qərbin Ermənistan hakimiyyətinin yeni "insan tələfatı və ərazi itkisinə" səbəb olacaq bir prosesi başlatmasına imkan verməyəcəyinə ümid etdiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1482 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr