Azərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTO

Azərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTOAzərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz" adlanır.

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.

Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq.

Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn "Şahdağfilm"ə həvalə olunub. "Şahdağfilm"in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, "Bozdağ Film" və "Akli Film" kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib.

Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb.

Nizami Gəncəvinin "Xəmsə"si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda, Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı, İsa Muğannanın "Gurün’’ romanı, Nəriman Həsənzadənin "Atabəylər" poeması, Yunus Oğuzun "Şəmsəddin Eldəniz" romanı həmin dövrü əhatə edir.

Ssenaridə Haşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər və digər məqamlar yer alıb.

Serialla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də görüş keçirilib. Görüşdə QSC-nin sədri Rövşən Məmmədov, serialın layihə rəhbəri Sərvər Bayramov, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, "Şahdağfilm"in həmtəsisçiləri iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə və Azərbaycanda Amerika Ticarət Palatasının vitse-prezidenti İlqar Mehdi, ssenari qrupunun üzvləri Tufan Bora, millət vəkili Hikmət Babaoğlu, tanınmış yazıçı Varis Yolçuyev və digərləri iştirak ediblər.

Ekran əsərinin çəkilişlərinə hazırlıq çərçivəsində keçirilən görüşdə QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, layihə Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. O, məhz Atabəylər dövrünə müraciət edilməsinin təsadüfi olmadığını vurğulayıb: "12-ci əsrdə Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır".

Film-layihənin ssenari qrupunda yer alan millət vəkili Hikmət Babaoğlu da mövzunun aktuallığına diqqət çəkib: "Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etmək zəruridir. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər dövlətinin tarixi bu sahədə başlanğıc üçün uğurlu hesab oluna bilər".

Bədii televizya filminin layihə rəhbəri Sərvər Bayramov bildirib ki, növbəti mövsümdə daha 24 bölüm "Turan yoluna doğan günəş" adı altında təqdim olunacaq:

"Azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihədə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir".

"Şahdağfilm"in həmtəsisçiləri isə hazırlıq prosesi haqqında məlumat verib, bu sahədə mövcud təcrübəyə diqqət çəkiblər. O da qeyd olunub ki, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir.

Daha sonra ssenari qrupunun üzvləri Tufan Bora və tanınmış yazıçı Varis Yolçuyev çıxış edib, görülən işlər barədə detallı məlumat veriblər.
Azərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTOAzərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTOAzərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTOAzərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTOAzərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1325   Tarix: 25 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr