"2 il öncə Vətən müharibəsində əldə etdiyimiz zəfəri və üstünlüyümüzü bu gün diplomatik cəbhədə də davam etdiririk" - DEPUTAT

"2 il öncə Vətən müharibəsində əldə etdiyimiz zəfəri və üstünlüyümüzü bu gün diplomatik cəbhədə də davam etdiririk" - DEPUTAT"44 günük Vətən müharibəsində biz öz hərbi gücümüzə torpaqlarımızı işğaldan azad etdik və 30 il ərzində tapdalanmış hüquqlarımız bərpa olundu".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Deputat qeyd edib ki, sentyabrın 27-də başlayan və 10 noyabrda Ermənistanın kapitulyasiya aktını imzalanması ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinə şanlı zəfər və qürur səhifəsi kimi daxil edildi:

"Ali Baş Komandan İlham Əliyev dövlət başçısı seçildiyi gündən bu günə kim ordu quruculuğu və bütün sahələrdə apardığı islahatlar, atdığı addımlar sayəsində Azərbaycan öz hərbi gücü hesabına ərazi bütövlüyünü bərpa edib. 2 ildir ki, qürur və böyük fəxarət hissi ilə biz bu günləri torpaqlarımızın işaldan azad olunduğu günlər kimi qeyd edirik. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin "keçilməz sədd" adlandırdığı müdafiə xəttini qıraraq onu döyüş meydanında biabırcı məğlubiyyətə uğratdı. Zamanında ayaqyalın öz doğma yurdlarını tərk etməli olan körpələrimiz tank belində öz torpaqlarına qayıdaraq qanları və canları hesabına işğala son qoydular. Bu gün bizə bu möhtəşəm zəfər hissini yaşadan Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm".

Deputat təəssüf hissi ilə vurğulayıb ki, bu gün işğalçıya havadarlıq edənlər Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsindən narahatdırlar:

"2 il öncə Vətən müharibəsində əldə etdiyimiz zəfəri və üstünlüyümüzü bu gün diplomatik cəbhədə də davam etdiririk. 44 günlük müharibə zamanı bütün təzyiqlərə təkbaşına sinə gərən cənab Prezident bu gün də düşmənin havadarlarına layiqli yerini göstərməkdədir. Vətənpərvər gənclərimizin qanları hesabına bərpa edilən ərazi bütövlüyümüzə heç kəsin kölgə salmaq hüququ yoxdur. Bizə verdikləri məsləhəti işğalçıya versələr, daha yaxşı olar. Onsuz da biz Zəngəzur dəhlizini açacağıq. Bu istiqamətdə başlanan işlər davam etməkdədir. Ermənistan da bu istiqamətdə götürdüyü öhdəliyi icra etsə və bizim şərtlərlə hazırlanan sülh müqaviləsini imzalasa, dövlət kimi varlığını qorumuş olar. Çünki hər bir cəbhədə qalib gələn və diktə edən tərəf Azərbaycandır. Əvəl-axır Ermənistan və havadarları Azərbaycanın və cənab Prezidentin diktəsi ilə barışmalı olacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2081   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr