Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının Sədrini təbrik edib
Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Məktubda deyilir:
"Hörmətli xanım Sədr,
İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir.
Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir.
Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyətimiz təqdirəlayiqdir.
İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İtaliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Bakıda musiqiçini maşın vurub öldürdü
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Bal ayından qayıdan gənc, qəzaya yardım etmək istəyərkən faciəvi şəkildə öldü
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı