İlham Əliyev FƏRMAN İMZALADI
Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2007-ci il 22 may tarixli 578 nömrəli, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
Buna qədər Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanun ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malik olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Bakıda musiqiçini maşın vurub öldürdü
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Bal ayından qayıdan gənc, qəzaya yardım etmək istəyərkən faciəvi şəkildə öldü
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı