Arvadını əvvəlcə maşınla vurdu, sonra bıçaqla qətlə yetirdi - Ağlasığmaz qətlin təfərrüatları - VİDEO
Gəncə ağır cinayətlər məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun məhkəməsi başa çatıb. Mehman Süleymanov xalası qızı olan həyat yoldaşını əvvəlcə avtomobillə vurub, daha sonra isə ona bıçaqla zərbələr endirərək qətlə yetirməkdə ittiham olunub.
BAKU.WS xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. M.Süleymanov xalası qızı - 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə 2003-cü ildə ailə həyatı qurub. Həmin evlilikdən onların 3 övladı dünyaya gəlib.
M.Süleymanovun sözlərinə görə, evli olduqları müddətdə ailədaxili söz-söhbətləri olub və bu, əsasən qısqanclıq zəminində baş verib. Həyat yoldaşının onu boş-boşuna qısqanması səbəbindən tez-tez mübahisələri olub. Mübahisələrin nəticəsində 2021-ci ildə aprel ayından ayrı yaşayıblar. Uşaqlar anaları ilə qalıblar. Evdən getdikdən sonra Əfsanənin sosial şəbəkədə paylaşdığı gəzdiyi yerlərin şəkli, işləmədən kirayə qalması onda müəyyən şübhələr yaranmasına səbəb olduğunu deyən Mehman Süleymanov yaranan qısqanclıqdan Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib.
Hadisə günü Dəliməmmədliyə çatanda Əfsanəni bacısı ilə dəmir yoluna tərəf getdiklərini görüb. Avtomobilə onların qarşısını kəsib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, maşından düşüb Əfsanəni yaxınlaşmaq istəyəndə o qaçıb. Avtomobilə minib onun arxasınca sürüb. Əvvəlcə həyat yoldaşını maşınla vurub. Sonra isə avtomobildə olan bıçağı götürüb huşsuz vəziyyətdə olan Ə.Məmədovaya bir neçə zərbə endirib. Sonra yol ilə keçən avtomobilə əyləşən M.Süleymanov polisə gələrək təslim olub. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məhkəmənin hökmünə əsasən, M.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Daha ətraflı İTV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2553 Tarix: 28 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrMirasdan məhrum edilən Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd
14 oktyabrŞagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabr