İranlı general sərsəmlədi və Bakını "təhdid" etdi
Özünü beynəlxalq məsələlər üzrə "siyasi şərhçi" kimi qələmə verən SEPAH generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Mənsur Həqiqətpur "Arman Daily" saytına müsahibəsində Azərbaycan əleyhinə kəskin fikirlər və təhdidlər səsləndirib.
O, hədələyici tonda cəfəng fikirlər bildirib: "Əgər Azərbaycan öz davranışına davam edərsə və regionda oyun qaydalarını pozmaq və İranın maraqlarına xələl gətirmək və ərazi bütövlüyünü təhdid etmək istəyərsə, İran da müvafiq addım atmalıdır.
Azərbaycan hakimiyyəti Ermənistan və İranın sərhəd xətləri ilə bağlı iddialar səsləndirdikdən sonra İran rəsmiləri də bu ölkənin addımlarına diplomatiya və təbii ki, hərbi təlimlər keçirməklə reaksiya vermək qərarına gəldi. İranla Azərbaycan arasındakı fikir ayrılıqları təkcə bu son həftələrə və Qarabağla bağlı münaqişəyə və s.... qayıtmır. Əslində isə, bu qarşıdurmaların və təhdidlərin tarixini Sovet İttifaqının dağıldığı və NATO-nun İsrail ilə birlikdə Cənubi Qafqaz regionuna soxulmağa qərar verdiyi gündən hesab etmək lazımdır.
Tədricən, iqtisadi və hərbi əlaqələrin genişlənməsi və israillilər, həm də amerikalılar tərəfindən konkret hərbi planların müəyyən edilməsi ilə, deməliyik ki, İranın bu şimal qonşusu hazırda adıçəkilən qüvvələrin tam nəzarətində olan ölkələrdən birinə çevrilib..."./milli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2701 Tarix: 29 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr