"Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir" - Deputat
"Xankəndində təşkil edilən mitinqin arxasında xarici qüvvələrinin əli var".
Bunu BiG.AZ-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir:
"Onlar çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra sarsılmış erməni separatçılığını bərpa etsinlər. Əsas məqsəd isə bu gün Soçi şəhərində Vladimir Putinin vasitəçiliyi ilə, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə maneə törətməkdir. Hər zaman bu cür görüşlərdən əvvəl öz mövqelərini möhkəmlətmək üçün, tərəflər təzyiq xarakterli diplomatik metodlardan istifadə edirlər. Hətta, təxribatlar törədilir. Bəzi hallarda isə, terrorçulardan da istifadə olunur ki, məqsədə nail olunsun. Konkret olaraq, ermənilər Soçi görüşündən müəyyən imtiyazlar əldə etmək üçün Xankəndində mitinq təşkil etdilər".
Deputat vurğulayıb ki, ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulur:
"Paşinyan partiyasının qurultayında çıxış edərkən bildirdi ki, dünya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq görür. Lakin Rusiyanın müəyyən qüvvələri tərəfindən qızışdırılan separatçılar bütün vasitələrdən istifadə etməklə özlərini Rusiyanın bir hissəsi kimi təsdiq etdirməyə çalışırlar. Burada əsasən daşnak xislətli rusiyalı ermənilərdən daha çox, ermənipərəst, bədnam "Lazarev" klubunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə İrəvanda keçirilən iclasda həmin klubun üzvləri olduqca aqressiv tərzdə regionda düşmənçiliyin yeni toxumlarını səpdilər. Hesab edirəm ki, bu gün biz soyuqqanlı olmalı, Soçi görüşünün nəticələrini gözləməliyik.
Erməni separatçılarının hansı təxribatları törətməklərindən asılı olmayaraq, gözlənilən sülh müqaviləsi imzalanacaq və Ermənistan, onun havadarları məğlubiyyətləri ilə barışmalı olacaqlar. Ondan sonra biz Laçın dəhlizində nəzarət sistemini quracağıq. Erməni separatçıları çirkin niyyətlərindən əl çəkmədikləri halda biz digər vasitələrdən də istifadə edəcəyik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1818 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün
15 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021