"Arsak yalnız onların beyinlərinin uydurmasıdır və heç bir statusdan söhbət gedə bilməz" - Deputat
"Xankəndində təşkil olunan aksiya erməni separatçılarını maliyyələşdirən qüvvələrin növbəti sifarişidir".
Bunu BiG.AZ-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat vurğulayıb ki, ermənilər və havadarları hələ də 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətləri ilə barışa bilmir:
"Erməni separatçıları yaxşı anlayırlar ki, Paşinyan əvvəl-axır sülh müqaviləsini imzalamalı olacaq. Sülh müqaviləsinin imzalanmaması üçün onlar müxtəlif təxribatlara əl atır, aksiyalar keçirirlər. Təbii ki, bu təxribatların arxasında xarici qüvvələr var. Onlar 44 günlük Vətən müharbəsində və sonrakı dövrdə ölkəmiz əleyhinə sərsəm açıqlamalar verib, ölkəmizin uğurlarına kölgə salmağa çalışıblar. Erməni separatçıların Xankəndində aksiya təşkil etməkdə məqsədi cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdə hər hansı razılığın əldə edilməməsidir. Aksiyada iştirak edənlər söyləyirlər ki, Arsak Azərbaycanın tərkibində olmayacaq. Bu zavalılar hələ də anlaya bilmirlər ki, Arsak yalnız onların beyinlərinin uydurmasıdır və heç bir statusdan söhbət gedə bilməz. Onlar ya vətəndaşlığımızı qəbul edib Qarabağda yaşamlarını davam etdirməli, ya da Qarabağdan çıxıb getməlidirlər".
Deputat vurğulayıb ki, bir neçə gündən sonra biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfəri qeyd edəcəyik:
"Vətən müharibəsində erməni xalqı biabır oldu və xəyalını qurduğu "Böyük Ermənistan" xülyası tarixə qovuşdu. Bu gün Ermənistan Azərbaycanla hesablaşmalı, dövlətimiz tərəfindən irəli sürülən 5 baza prinsipləri ilə razılaşmalı olacaq. Danışıqlar masasında yalnız Azərbaycanın şərtləri irəli sürülür. Erməni separatçıları tərəfindən törədilən heç bir təxribat bunu dəyişə bilməz.
44 günlük Vətən müharibəsi bizi tək torpaqlarımıza qovuşdurmadı, həm də regionda sülhü bərpa etdi. Azərbaycan qazandığı zəfərlə düşməni diz çökdürərək, kapitulyasiya aktını imzalatdı və tezliklə sülh müqaviləsinin bağlanmasına nail olacaq. Hesab edirəm ki, Soçidə keçirləcək görüşdə bu istiqamətdə müyyən razılaşmalar əldə olunacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1533 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün
15 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021