"Wi-Fi" zəifdirsə, deməli düzgün yerləşdirilməyib" - Bəhruz Əliyev

"Wi-Fi" zəifdirsə, deməli düzgün yerləşdirilməyib" - Bəhruz Əliyev"Wi-Fi(Wireless Fidelity) aparatları əsasən 2.4Ghz və 5.0Ghz tezliklərdə işləyən radio dalğalardır. Wi-Fi ilk dəfə Wi-Fi Alliance şirkəti tərəfindən yaradılan lokal simsiz şəbəkə texnologiyasıdır.
IEEE(Institute of Electrical and Electronics Engineers - Elektrik və Elektronika Mühəndisləri İnstitutu) cəmiyyəti tərəfindən təyin olunmuş 802.11 standartları əsasında işləyir. Wi-Fi "Wireless Fidelity - Simsiz Sədaqət" sözü mənasına gəlsə də həqiqət başqa cür baş verib. Wi-Fi heç nəyin abbreviaturası sayılmır. Wi-Fi Alliance aparıcı işçilərindən olan Phil Belanger öz açıqlamasında demişdir:
"Wi-Fi tamamilə gülünc bir sözdür. Hər hansı bir abbreviatura deyil. Bunun heç bir mənası yoxdur. Assosiasiyanın qurucu üzvləri olaraq, biz dərnəyimizin loqosu və adı üçün İnterbrand reklam firması ilə razılaşdıq. Nəhayət, bu texnologiya üçün IEEE 802.11b Direct Sequence adından daha cəlbedici ad lazım idi." Beləliklə, bu reklam firması "Wi-Fi" sözünü ortaya çıxardı".

Bu sözləri Sonxeber.az-a İT üzrə mühəndis ekspert Bəhruz Əliyev deyib.
"Wi-Fi" zəifdirsə, deməli düzgün yerləşdirilməyib" - Bəhruz ƏliyevEkspert onu da bildirib ki, Wi-Fi aparatlarının evimizdə və ofisimizdə səmərəli və tam performansla işlədilməsi üçün bəzi məqamlarda diqqətli olmaq məsləhət görülür.

"1. Wi-Fi aparatı alarkən araşırma aparılmalı ona qoşulacaq şəxslərin sayı müəyyənləşdirilməlidir.
2. İstifadəçilərin Wi-Fi aparatı ilə hansı resurslara qoşulacağı ayınlaşdırılmalıdır.
3. Aparat alarkən, araşdırma aparılmalı və bazarda ciddi müsbət rəy toplamış markaya aid aparat almağa üstünlük verilməlidir, əks halda qoşulma və işləmə ilə bağlı problemlərin yaşanması qaçınılmazdır.
4. Minimum 2.4Ghz və 5.0Ghz radio tezlik dəstəyi olan iki bandlı aparatların alınmasına üstünlük verilməlidir.
5. Wi-Fi aparatı yerləşdirmək üçün, uyğun yerin seçimi aşağıdakı məqamlara diqqətli baxaraq, edilməsi tövsiyyə olunur.
Otaqların beton divarları çox qalındırsa, və ya Wi-Fi aparatı qalın beton divarların arxasına yerləşdirilirsə, digər otaqlarda WIFI dalğaları ya olmayacaq, ya da çox zəif olacaq. Bəzi materiallardan dalğaların keçmə nisbətini təxmini olaraq, aşağıdakı, cədvəldəki kimi qeyd etmək olar:
"Wi-Fi" zəifdirsə, deməli düzgün yerləşdirilməyib" - Bəhruz ƏliyevAşağıdakı düsturdan istifadə edərək Wi-Fi aparatlarını uyğun yerlərə yerləşdirmək olar.

(Açıq sahə) x (Təsir məsafəsi)=(Real Məsafə)

Misal: Aldığımız Wi-Fi aparatının siqnal məsafəsi açıq sahədə 400 m olsun. Otağın 1-ci daxili divarından keçdikdə, 400m x 15% = 60m olacağını görürük. Yəni divarın o biri tərəfində dalğanın məsafəsi 400 m-dən 60 m məsafəyə düşür. İkinci divardan keçdikdə isə 60m x 15% = 9m. Üçüncü divardan keçdikdə isə 9 m x 15% = 1.35m qədər siqnal məsafəsi olacaqdır. Beton divar qalınlığı çoxaldıqca, mobil avadanlıqların həmin dalğaları görmək məhdudiyyəti yaranır. Bu da öz növbəsində istifadəçinin avadanlığında zəif və donmalarla müşahidə edilən internet istifadəsi təminatına çevrilir.
Bu cədvəl və düsturdan istifadə edərək, Wi-Fi aparatlarınızı daha uyğun yerlərdə yerləşdirib daha münasib formada işlətmək mümkündür. Məsləhət görülür ki, ev və ofis tikərkən, qaranlıq nöqtələrin qalmaması üçün, əlaqədar İT mühəndislərindən şəbəkə layihəsi barədə tövsiyyə almaq unudulmasın. Təmir-tikinti bitdikdən sonra bəzi məqamların geri dönüşü olmur və məkan kefiyyətsiz simsiz şəbəkədən ibarət olur".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3843   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16 oktyabr
.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə

15 oktyabr
.

İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"

15 oktyabr