Bəraət alan qadın: "Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu" - FOTO

Bəraət alan qadın: "Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu" - FOTOAzərbaycanda narkotik satma ittihamı ilə tutulmuş qadına bəraət verilib.

"Qafqazinfo"nun məlumatına görə, 44 yaşlı Bərdə sakini Səadət Sadıqova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satma) maddəsi ilə təqsirli bilinərək 2021-ci ilin yanvarında saxlanılıb. Bu il fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona yeddi il yarım həbs cəzası verib.

İttihamda göstərilib ki, S.Sadıqova satış məqsədilə əldə etdiyi 106,745 qram heroinlə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı həmin maddə onun üzərindən çıxıb. Qadın barəsində başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Lakin iş üzrə ifadələr hadisələrin başqa istiqamətdə cərəyan etdiyini göstərib. İfadələrdən və verilmiş vəsatətlərin araşdırılmasından sonra məlum olub ki, S.Sadıqova vaxtilə polis orqanlarında müstəntiq və istintaq şöbəsinin rəisi işləmiş Təhməz Astanəliyevə məxsus evdə kirayənişin olub. Bu müddətdə onun T.Astanəliyevin oğlu Vüsalla münasibətləri yaranıb. Lakin ata onların münasibətindən narazı olub. Səadətin oğlunu narkotik aludəçisinə çevirdiyini iddia edərək ondan şikayət edib, sonda isə şəxsi əlaqələri sayəsində onu həbs etdirib.
Bəraət alan qadın: "Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu" - FOTOS.Sadıqova məhkəmə ifadəsində deyib ki, o, heç vaxt narkotik alverçisi olmayıb:

"Məni evində kirayə qaldığım Təhməz Astanəliyev tutdurub. Buna səbəb isə onun oğlu Vüsal Astanəliyevlə münasibətim olub. O, dəfələrlə münasibətlərimizə son qoymaq üçün məndən şikayət edib. Sonuncu dəfə şikayət edəndə isə polis əməkdaşı cibimə narkotik qoyub məni şərlədi. İstəmədiyim vəkilin iştirakı və guya videoçəkilişlə baxış zamanı üstümdən narkotik çıxardılar".

Yasamal RPİ-nin qadın inspektoru Səadət Sadıqovanın üzərində axtarış apardığını və gödəkçəsinin cibindən sellofan paketə bükülmüş kütlə aşkar etdiyini bildirib. Baş təhqiqatçı isə deyib ki, sellofanı açdıqda içərisində heroinə bənzər maddə aşkar edib. Səadətə dövlət hesabına vəkil təyin olunub. Səadət Sadıqova öz vəkilinin iştirakını tələb etsə də, onun vəkili gəlmədən üzərinə baxış keçirilib.

Məhkəmədə ifadə verən polis əməkdaşlarının sözlərinə görə, əməliyyat məlumatı əsasında Səadət və Vüsalı Yasamalda birlikdə olarkən tutublar. Maraqlıdır ki, axtarış zamanı Vüsalın üzərində heç bir narkotik maddə aşkarlanmayıb.

Təhməz Astanəliyev istintaqa verdiyi ifadəsində deyib ki, o, 2016-cı ildə Masazırda yerləşən evini Səadətə kirayə verib:

"Sonradan öyrəndim ki, Səadət narkotik satışı ilə məşğuldur. Evimdə kirayədə yaşadığı dövrdə oğlum Vüsalı da narkotik aludəçisinə çevirdi. Ona narkotik sataraq həyatını məhv etdi. Səadətin əvvəllər də narkotikə görə həbs olunduğunu öyrəndim. Vüsalı özündən asılı salıb onunla birgə yaşamağa başlamışdı. Onun tutulmasından xəbərim olmayıb. Mən heç kimə Səadətin tutulması ilə bağlı sifariş verməmişəm".
Bəraət alan qadın: "Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu" - FOTOVüsal Astanaliyev isə istintaqa bildirib ki, Səadətlə uzun müddət normal münasibətləri olub:

"Buna görə də bəzi vaxtlarda görüşüb birlikdə vaxt keçirirdik. 28 yanvar 2021-ci ildə Səadətlə Yasamalda olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdilər. Daha sonra bizi narkotik əldə olunmasında şübhəli şəxs kimi polisə apardılar. Üzərimizdə axtarış aparıldı. Məndə hər hansı qadağan edilmiş əşya aşkar edilmədi. Mən narkotik vasitələrdən istifadə etmirəm, satmıram. Səadətin üzərində heroin olmasından, həmçinin satmasından məlumatım yoxdur".

İş üzrə məhkəmə-narkoloji ekspertizasından sonra Səadət Sadıqovanın tiryək istifadə etdiyi müəyyən olunsa da, onda narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmayıb. Bundan başqa, onun mobil telefonundan iş üçün əhəmiyyət kəsb edən hər hansı dəlil çıxmayıb. "WhatsApp" yazışmalarında "Fatooooooo" kimi qeyd edilən şəxsin "İnşaatçılar" metrosundan keçən kimi sağda doqquzmərtəbə görəcəksən. 3-cü blokdan girən kimi sola dönürsən, solda "raşotka" var, oradan əlini salarsan, sol tərəfdə... Götür get, qapının kodu ..., xeyirli olsun" məzmunlu mesaj aşkar edilib. Həmin yazışmada narkotik vasitələrin elektron tərəzidə çəkilməsi ilə bağlı fotoşəkillər çıxıb. Lakin istintaq Səadətin heroin əldə etdiyi şəxsin kimliyini müəyyən edə bilməyib.

Məhkəmə isə bu qənaətə gəlib ki, Səadətin cinayəti törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon mesajları, iş üzrə tanınmış maddi və digər sübutlarla təsdiqini tapıb. Səadət Sadıqovanın üzərində daha əvvəldən çəkilməmiş iki ilə yaxın azadlığın məhdudlaşdırılması cəzası qaldığına görə cəzaların qismən birləşdirilməsi yolu ilə Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib.
Bəraət alan qadın: "Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu" - FOTOS.Sadıqovanın vəkili Vasif İsrafilov hökmdən apellyasiya şikayəti verib. Şikayətdə göstərilib ki, Səadət Sadıqovanın saxlanılmasına səbəb onun əvvəllər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışmış Təhməz Astanəliyevin oğlu ilə münasibətdə olması olub. Belə ki, Səadət vaxtilə narkotik istifadə etsə də, hazırda isə satışı və istifadəsi ilə məşğul olmadığını göstərib. Vəkil qeyd edib ki, istintaqın təqdim etdiyi mobil nömrələr də müvəkkilinə məxsus deyil. Eyni zamanda Vüsal da ifadəsində Səadətin üzərində narkotik olmadığını, atasının onu tutdurduğunu bildirib. Hətta T.Astanəliyev bir dəfə onun evinə basqın da edibmiş. Üstəlik, axtarış zamanı çəkilən videoda da Səadətin ona dövlət hesabına təyin olunmuş vəkildən imtina etdiyi, buna baxmayaraq, həmin vəkilin baxış protokoluna özbaşına imza atdığı görünür. Vəsatətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin mesajlaşma və mobil telefonların yoxlanılması ilə bağlı verilmiş vəsatətləri təmin etmədiyi qeyd olunub. Bu isə hökmü şübhə altına alan məqam kimi göstərilib.

Apellyasiya şikayətində qeyd olunub ki, Sadıqova tutulduğu vaxtdan düz dörd saat sonra üzərinə baxış keçirilib. Üstəlik, ittiham tərəfi xanımın üzərindən tapılmış narkotikin satış məqsədilə gəzdirildiyini sübuta yetirə bilməyib. İş üzrə sübut kimi isə yalnız polis əməkdaşlarının ifadələri qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları və vəsatəti araşdırıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Məhkəmə bu qənaətə gəlib ki, birinci instansiya sübutlara əsaslanmadan hökm çıxarıb. S.Sadıqovanın cinayət işinə bəraətverici əsaslarla xitam verilib və o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2234   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr