Hərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilib

Hərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibNoyabrın 4–də 8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Milli Məclisin deputatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş, eləcə də "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən öncə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Əvvəlcə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını ifadə edib. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin, dəyanətinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən dövlətimiz qüdrətlənir, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, ölkəmizin dinamik tərəqqisində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla daha da zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, "Global Firepower" hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatlarda ardıcıl olaraq hər il Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı möhtəşəm qələbəmizi təmin ediblər. Vətən müharibəsindən bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan tarixi qələbəni Prezident-Xalq-Ordu birliyinin şərtləndirdiyini xüsusi qeyd edib. Hərbi Prokuror vurğulayıb ki, Ermənistanın sentyabr ayındakı növbəti təxribatlarının qarşısı alınarkən müşahidə edilən Silahlı Qüvvələrimizin gücü və hərbçilərimizin şücaəti bir daha sübut edib ki, Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir".

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təmin ediliblər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olub. Təsadüfi deyil ki, dövlətimizin başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.

Sonra Milli Məclisin deputatları Nizami Səfərov "Vətən müharibəsinin başlanmasını labüd edən hallar və məsələyə beynəlxalq hüquqi müstəvidə yanaşma", Aqil Abbas "44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən Prezident-Xalq-Ordu vəhdəti", İlham Məmmədov "Müdrik liderin qətiyyəti və mahir siyasi diplomatiyası sayəsində qazanılan möhtəşəm qələbə" və hüquq müdafiəçisi Əhməd Şahidov "Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə və dünya mediasında tanıdılması" mövzularında ətraflı çıxışlar ediblər və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Daha sonra Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani və çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə dərin təşəkkürünü bildirərək qeyd edib ki, Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının mütəmadi olaraq müxtəlif orden və medallarla təltif edilməsi onların xidmətinə verilən yüksək dəyərin təcəssümüdür.

Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olunub, onlar isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilibHərbi Prokurorluqda "Müzəffər Ali Baş Komandan və qalib xalq" mövzusunda elmi-praktiki konfrans keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1295   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr