"Gündə 8 saat tuneldə, 1000 volt gərginliyin altında işləyirik" - DSMF-ni məhkəməyə verdilər

"Gündə 8 saat tuneldə, 1000 volt gərginliyin altında işləyirik" - DSMF-ni məhkəməyə verdilər"Bakı Metropoliteni"nin bir qrup işçisi (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.

Onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını iddia edirlər. Amma DSMF bu hüquqları tanımaq istəmir. Metro işçiləri deyir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanuna və Nazirlər Kabinetinin qərarına görə, kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır. Qadınlarda isə 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda vaxtından əvvəl pensiyaya çıxa bilirlər.

Metropoliten işçilərinin iddiasını qəbul etməyən DSMF nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşinistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür. DSMF təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında "Nəqliyyat" bölməsindəki elektrik qatarlarının maşinistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca "metropolitençilər" yarımbölməsi olmalıydı.

Məlumat üçün qeyd edək ki, Dəmir Yollarında işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilirlər. Metropolitençilərin bu hüququ isə 2020-ci ildə ləğv edilib.

Şikayətçilərdən biri Fərid Altınbayev məhkəmə ifadəsində deyib ki, DSMF dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür üsullardan istifadə edir. O, 38 ildən artıq "Bakı Metropoliteni"ndə çalışıb. Bildirir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da göstərilib ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən də əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib: "Metropolitenin tunelində bir saat qalanda adamlar necə sıxıntı keçirir, bunu hər kəs bilir. Təsəvvür edin, metro qatarlarının maşinisti və köməkçisi hər gün 8 saat dəmir-beton tuneldə qalmaqla, 1000 volt gərginliyin altında işləyir. İş rejimi ağır olduğuna görə çox vaxt onlar heç pensiya yaşına da çata bilmirlər. Dövlət Sosial Müdafiə Fondunun belə bir şəraitdə çalışan vətəndaşa pensiya verməməsinə heç bir ad qoymaq olmur".

Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ təsdiqlənib. Şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, "metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil".

Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisində davam edir./qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1451   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı

Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis

16 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr