"130 kvadrat kilometrdən çox ərazi Azərbaycan Ordusunun nəzarətindədir" - Asryan
"Su yox, torpaq yox, özümüz də Azərbaycan Silahlı Qüvvələrinin ovcunun içindəyik".
Bunu Sputnik Armeniya-ya Ermənistanın Nerkin And kəndinin sakinləri deyib. Onlar bildiriblər ki, sentyabr hadisələrindən sonra Sünikdəki (Zəngəzur) sərhəd kəndi çətin vəziyyətə düşüb.
Sentyabrın 13-dən sonra kəndi tərk edən qadınlar və uşaqlar bir daha geri qayıtmayıblar. Yalnız kişilər qalıb.
Nerkin Anda qalan sakinləri deyir ki, bütün əkin sahələri və otlaqlar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində və ya "neytral" vəziyyətdədir (təxminən 245 hektar). Azərbaycanlılar kəndin inzibati ərazisinin böyük hissəsini – "Şikaxox" qoruğunun bir hissəsi, meşə təsərrüfatı, kənd təsərrüfatına yararlı torpaqlar nəzarətə götürüb.
Təxminən 65 hektar ərazisi olan "Çinarlıq" ziyarətgahı Ermənistanın nəzarətində qaldı (bunun 5-6 hektarı Azərbaycanın nəzarətindədir).
Kəndi içməli su ilə təmin edən mənbə Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə qalıb.
Kənddəki kişilər hər ehtimala qarşı hər gecə növbə çəkirlər. Sakinlərdən biri bizə ov tüfəngini göstərir. Deyir ki, tam silahlı olmaq daha yaxşıdır.
Birbaşa kəndin qarşısındakı mövqelərdə faktiki olaraq aktiv mühəndislik işləri aparılır.
Ən yaxın Azərbaycan mövqeləri Nerkin Andın 300-400 metrliyindədir. Kənd tam gözləri qarşısındadır.
Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan bildirib ki, Azərbaycan tərəfi müxtəlif hesablamalara görə, Ermənistanın 130 kvadrat kilometrdən çox ərazisini "ələ keçirib"./Konkret
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb