ABŞ ordusu döyüşə hazır vəziyyətə gətirildi - Lazım gəlsə, bu gecə...

ABŞ ordusu döyüşə hazır vəziyyətə gətirildi - Lazım gəlsə, bu gecə...ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi "Voice of America"ya müsahibəsində cümə günü Şimali Koreyanın 180-dən çox hərbi təyyarəsinin havaya qalxması barədə məlumatlara münasibət bildirib.

Kirbi ABŞ-ın təxribatlara hər an hazır olduğunu açıqlayıb.

"Biz uzun müddətdir ki, Şimali Koreyanın istənilən vaxt nüvə sınağı keçirə biləcəyini deyirdik. Buna görə də bacardığımız qədər vəziyyəti izləyirik. Aydındır ki, biz bu təxribatlardan narahatıq. Biz həmçinin bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı ilkin şərt olmadan Kim Çen In və Pxenyan rejimi ilə danışıqlar aparmağa hazırıq. Şimali Koreya isə əksinə, yarımadada gərginliyin artmasına böyük maraq göstərir. Biz hərbi cəhətdən bütün nəticələrə hazır olduğumuzdan əmin olmalıyıq. Yarımadadakı ABŞ qoşunlarının dediyi kimi, lazım gələrsə, onlar bu gecə döyüşməyə hazırdır. Buna görə biz Cənubi Koreyalılarla çoxdan planlaşdırılan bir illik təlim keçiririk. Biz həm onlarla, həm də Yaponiya müttəfiqlərimizlə, həm də birlikdə üçtərəfli təlimlər keçirmişik, çünki hərbi cəhətdən hazır olduğumuza əmin olmalıyıq" - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.

O bildirib ki, gərginliyi artıran yeganə tərəf Kim rejimidir:

"Bizim Cənubi Koreya ilə bağlı təlimlərimiz və müqavilə öhdəliklərimiz isə müdafiə xarakteri daşıyır. Deməli, burada təhrik edən, yarımadada gərginliyi və qeyri-sabitliyi artıran yalnız bir tərəf var. Buna görə də biz Pxenyanı yarımadanın nüvəsizləşdirilməsi ilə bağlı dialoqa başlamaq üçün heç bir şərt qoymadan təklifimizi qəbul etməyə çağırırıq".

Con Kirbi ABŞ-ın Ukraynaya silah yardımından da danışıb:

"Biz Ukrayna hərbçilərinin artıq necə istifadə edəcəklərini bildikləri T-72 tanklarının bəzilərinin təmirinə kömək etməyə çalışacağıq. Biz ukraynalılarla birlikdə işləyirik. Demək olar ki, hər gün onların imkanları, nəyə ehtiyacları olduğu barədə maraqlanırıq. Hazırda əsas diqqət hava hücumundan müdafiəyə yönəlib. Birləşmiş Ştatlar bu münaqişənin başlanğıcından hava hücumundan müdafiəni təmin edir. Biz rusların mülki infrastruktura atdığı PUA və qanadlı raketləri vurmağa kömək etmək üçün daha təkmil imkanlarla nə edə biləcəyimizi nəzərdən keçiririk. Həmçinin müttəfiqlər və tərəfdaşlarla işləyirik, 40-a yaxın başqa ölkə Ukraynaya təhlükəsizlik yardımı edir – Fransa, İspaniya, Almaniya bəzi əlavə hava hücumundan müdafiə imkanlarının təmin edilməsində böyük töhfələr veriblər".

ABŞ rəsmisi Moskvanın ritorikasını yumşaltması barədə fikirlərə də münasibət bildirib: (Rusiya "nüvə müharibəsində qalib gəlmək olmaz" deyib)

"Nüvə müharibəsi heç vaxt aparılmamalıdır və əlbəttə ki, belə müharibədə heç kim qalib gələ bilməz. Gərginliyi, Ukrayna daxilində müharibəni gücləndirmək üçün onsuz da heç bir səbəb yoxdur. Çox sayda ukraynalı öldürülüb, xeyli insan yaralanıb, çox sayda insan evlərindən didərgin düşüb və indi başqa ölkələrdə sığınacaq axtarırlar. Müharibə bitməlidir. Putin düzgün iş görsə, bu gün bitə bilər"./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1271   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr