Şeyx Roma Papası ilə görüşdü

Şeyx Roma Papası ilə görüşdüQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Manama şəhərində "Bəhreyn Dialoq Forumu" çərcivəsində Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.

Manamanın "Qəsr əs-Səxir Kral sarayı"nda əsas iştirakçı qismində müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.

Roma Papası Fransisk tədbirdə iştirak edən din xadimlərini salamlayaraq, din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.

Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə çağırıb. O deyib ki, getdikcə parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır.

Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: "Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış "İnsan Qardaşlığı" sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir".

Şeyxülislam A.Paşazadə qeyd edib ki, multikulturalizmi dövlət siyasəti olaraq həyata keçirən Azərbaycan dünyada insan həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış edir və bu istiqamətdə qlobal səyləri dəstəkləyir. Bu əsnada, "İnsan qardaşlığı" sənədinin müddəalarından irəli gələn məqamlar Azərbaycan tərəfindən dəstəklənir.

QMİ sədri vurğulayıb ki, ölkəmizdə dini, məzhəb ayrıseçkiliyi yoxdur, islamdaxili vəhdət hökm sürür.

QMİ sədri bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairə rəsmi səfəri ilə əlaqədar toplantı iştirakçılarına məlumat verib. Dövlət başçımızın İslam həmrəyliyi ideyalarına söykənən tarixi çıxışında Əlcəzair xalqının öz müstəqilliyi uğrunda göstərdiyi mücadiləyə verdiyi yüksək dəyər bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. KAİCİİD beynəlxalq dinlər və sivilizasiyalar arası dialoq Mərkəzinin Direktorlar şurasının üzvü d-r Məhəmməd Sammak Prezident İ.Əliyevin Əlcəzairə səfərinin ümumən ərəb dünyasında böyük maraqla izlənildiyini və dövlət başçımızın çıxışının xüsusi ehtiramla qarşılandığını diqqətə çatdırıb. O eyni zamanda Şeyxülislam A.Paşazadəyə xitab edərək Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğunu ifadə edib. Şura üzvləri adından Şeyxülislam A.Paşazadəyə müraciət olunaraq, Azərbaycan Prezidentinə onların salamlarının və Əlcəzair səfəri zamanı İslam həmrəyliyi ideyalarına göstərdiyi diqqətə görə minnətdarlığın çatdırılması rica edilib.

Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümününü qeyd edəcəyini xatırladaraq, 2020-ci ildə Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları əsasında 30 ilə qədər davam etmiş Ermənistanın hərbi təcavüzünə son qoyaraq əzəli torpaqları olan Qarabağı işğaldan qurtararaq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, hal-hazırda dövlətimizin işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa etdiyi, torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə məlumat verib. Habelə, bölgəmizdə baş verən hadisələr haqqında geniş məlumat verən QMİ sədri Azərbaycanın bölgədə sülh, qarşılıqlı anlaşma və iqtisadi əməkdaşlıq yönündə davamlı olaraq dialoq müstəvisi və layihələrlə çıxış etdiyini diqqətə çatdırıb. Şura sədri və tədbir iştirakçıları Azərbaycan xalqını və dövlətini 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümü münasibətilə təbrik ediblər.

Bəhreyn Forumu çərçivəsində Şeyxülislam A.Paşazadə Roma Papası Fransisk, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Vatikanın ali nümayəndələrindən Dövlət katibi kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Migel Anhel Ayuso, arxiyepiskop Edqar Penya Parra, arxiyepiskop Pol Riçard Qallaher, habelə Konstantinopol patriarxı Varfolomey, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər nüfuzli din xadimləri ilə ikitərəfli görüşlər keçirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1156   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr