"İlham Əliyev öz üzərinə düşən funksiyanı ən yüksək səviyyədə yerinə yetirdi" - Arzu Nağıyev

"İlham Əliyev öz üzərinə düşən funksiyanı ən yüksək səviyyədə yerinə yetirdi" - Arzu Nağıyev8 Noyabr Azərbaycan ordusunun Şuşanı işğaldan azad edərək Vətən müharibəsinə yekun qoyduğu gündür.
Milli Məclisin deputatı Arzu Nağıyev Sonxeber.az-a bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və şəhadəti şərəf sayan əsgərimizin anasının, bacısının vəhdəti hesabına qazanıldı:

"44 günlük müharibədə qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və şəhadəti şərəf sayan əsgərimizin anasının, bacısının vəhdəti hesabına qazanıldı. Orduda aparılan islahatlar, müasir texnologiyalardan istifadə edərək ordunun qurulması və hibrid müharibə üçün milli kadrlarımızdan istifadə edilməsi, müxtəlif dövətlərin ən müasir silahlardan yararlanmaq məhz prezidentin birbaşa göstərişi və nəzarəti altında həyata keçirilən proseslər idi.Bundan başqa, hərbi sənaye kompleksinin inkişafı və bunun Azərbaycanda istifadəsi çox mühüm məsələ idi. Digər məsələ milli kadr potensialının istər NATO, istərsə də digər standartlarına uyğun yetişdililməsi birbaşa prezidentin göstərişi ilə həyata keçilib. 4 dildə informasiya müharibəsini aparmaq və bunun önündə getmək, eyni zamanda bütün dünyaya Azərbaycanın haqq səsini çatdırmaq məlum məsələdir ki, prezidentin qətiyyətli çıxışları nəticəsində oldu. Bundan sonra beynəlxalq səviyyədə böyük tribunalardan Azərbaycanın haqq səsini çatdırmaq, dünya ölkələrinə çağırış edərək bizə mane ola biləcək dövlətlərin qarşısını almaq, istər müsəlman dünyasında, istərsə də Qərbdə Azərbaycanın ədalətli mübarizəsinə dəstək qazanmaq, ərazi bütövlüyünü qorumaq, 30 il işğal altında olan torpaqları azad etmək çox vacib idi. Azərbaycan Prezidenti bunu bütün dünyaya çatdıra bildi.
Müzəffər Ali Baş Komandan kimi Prezident İlham Əliyev öz üzərinə düşən funksiyanı ən yüksək səviyyədə yerinə yetirdi. Düşünürəm ki, prinsipiallıq, qətiyyət, milli dəyərlərə söykənmək və eyni zamanda dostun dost, düşmənin düşmən olduğunu ortaya qoya bilmək bacarığı prezidentin sayəsində oldu. 44 günlük müharibədə əsas qələbə faktorları məhz bunlar idi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 809   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr