ABŞ Çinin dünya liderliyini necə əngəlləyir? - DETALLAR
"Pekinin son illərdə siyasi və hərbi ritorikası sərtləşsə də, Çin hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşması yollarını axtarır. Çin lideri Si Cinpin ABŞ-la iqtisadi əlaqələri əvvəlki axarına qaytarmaq istəyir. ABŞ prezidenti Co Bayden də hərbi müşavirlərinə deyib ki, Çinlə münaqişə istəmir".
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, bu baxımdan, Pekinlə Vaşinqton arasında dialoqun genişləndirilməsi üçün imkanlar var:
"Ancaq Pekinin Tayvanla bağlı iddiası iki ölkə arasında yaxınlaşmağa problemlər yaradır. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Çinə Tayvan adasını ələ keçirməyə imkan verməyəcək: "ABŞ Tayvanın müdafiə qüdrətini artıracaq". Si Cinpin ABŞ-la toqquşmaq istəməsə də, Çin Kommunist Partiyasının qurultayında bildirib ki, Tayvanı istənilən vasitə ilə Çinə birləşdirəcək. ABŞ-ın "Atlantic" nəşrinin yazdığına görə, Ağ Ev sahibi Çinə yarımkeçiricilərin və ciplərin ixracını qadağan edib. Bu, Çinin texnoloji baxımdan ABŞ-la eyni sırada durmaq imkanlarına zərbədir".
Ekspertin yanaşmasına görə, beləliklə, Vaşinqton Çinin, texnoloji sahədə dünya lideri olmasını əngəlləyir:
"Bundan qəzəblənən Pekin hərbi yarışda ABŞ-a cavab verməyə çalışır. Çin Asiya-Sakit okean bölgəsində hərbi dəniz donanmasının sayını artırıb. Ancaq bu siyasət Çinə əlavə problemlər yaradır. Çünki Çinin bu bölgədə hərbi gücünü artırması, Amerika ilə yanaşı, Yaponiya, Hindistan, Avstraliya kimi ölkələri də narahat edib və bu ölkələr Pekinə qarşı ittifaq formalaşdırıblar. ABŞ-ın nüfuzlu "Wall Street Journal" dərgisinin yazdığına görə, Si Cinpin hakimiyyətdə kadr dəyişiklikləri edir, hücum diplomatiyasına üstünlük verənləri vəzifələrə təyin edir. Misal üçün ABŞ-a təyin edilən 56 yaşlı səfir Sin Qan amerikalılarla daha sərt davranmağın tərəfdarıdır. Bu səfirin gələcəkdə Çinin xarici işlər naziri təyin olunacağı da istisna deyil".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1082 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrZelenski Britaniyada səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml
14 oktyabrİspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrÇinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr