Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq

Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaqAzərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin ikinci ildönümünü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. 44 gün ərzində Ermənistanın hərbi kaputilyasiyasına nail oldu. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq.
30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Bu qələbəni Ali Baş Komandanın ətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsi çox böyük tarixi əhəmiyyət kəsb edir. Bunu 2022-ci il noyabrın 8-də Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd edib. O, bildirib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq. Bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 822   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar

2 iyul
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul