Polisə bıçaqla hücum olub

Polisə bıçaqla hücum olubBelçikanın paytaxtı Brüsseldə patrul xidməti aparan polisə bıçaqlı hücum nəticəsində bir polis məmuru ölüb.
Hadisə yerli vaxtla saat 19:15 radələrində türk əsilli insanların da sıx məskunlaşdığı Schaarbeek rayonunda baş verib.

Brüsselin Şimal qatar stansiyası yaxınlığında baş verən hücumda bir polis əməkdaşı da yaralanıb.

Sonxeber.az Belçika mətbuatına istinadən xəbər verir ki, müdaxilə edən polis tərəfindən qarın və ayağından vurulan təcavüzkar da ölüb.

Federal prokurorluq hadisə ilə bağlı terror şübhəsi ilə araşdırmalara başlayıb.

Prokurorluğun sözçüsü AFP xəbər agentliyinə bildirib ki, "terrorçuluq şübhəsi ilə" federal araşdırma başlayıb.

Belçika mediası birdən çox şahidə əsaslanaraq, hücumçunun hadisə zamanı "Allahu Əkbər" qışqırdığını yazır.
Lakin bu məlumat polis tərəfindən təsdiqlənməyib.

İddiaya görə, təcavüzkar həmçinin cümə axşamı səhər tezdən Everedəki polis bölməsinə gedib və polisləri öldürəcəyini qışqırıb.

Hədə-qorxu ilə polis idarəsində bir müddət dindirilən şəxsin daha sonra sərbəst buraxıldığı iddia edilir.

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1526   Tarix: 11 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr