ABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTO

ABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTONyu-York şəhərinin Bruklin meriyasında (Brooklyn Borough Hall) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Bruklin inzibati rayonunun, diplomatik korpusun, yerli ictimaiyyətin, türk və yəhudi icmalarının nümayəndələri, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova qonaqları salamlayıb. Ardınca Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanada üzrə koordinatoru, "The Bukharian Times" həftəlik qəzetinin baş redaktoru Rafael Nektalov və Özbəkistan icmasının ABŞ-dakı məhəllə prezidenti Abdumalik Ahmedov möhtəşəm bayram münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər. Vətən müharibəsi dövründə birlik və həmrəylik nümayiş etdirən diaspor fəallarına minnətdarlıq bildirilib. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Tarixin bütün dövrlərində sülh tərəfdarı olan Azərbaycanın hazırda Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün ciddi səylər göstərdiyi, Qarabağda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində irimiqyaslı işlər həyata keçirdiyi nəzərə çatdırılıb.

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso Azərbaycan icmasını tarixi bayram münasibətilə təbrik edib və bildirib ki, meqapolisdə yaşayan soydaşlarımız şəhərin sosial-iqtisadi və mədəni həyatında fəal rol oynayırlar. A.Reynoso Azərbaycanın Zəfər Günü ilə əlaqədar imzaladığı Bəyannaməni Diasporla İş üzrə Dövlət Komitəsinə, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovaya və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilə təqdim edib.

"Mən onları dünyadakı azərbaycanlılara birlik və həmrəylik təmin etmək zərurətini ön planda tutduqlarına görə alqışlayıram. Bruklində icmalarımızın daha da irəliləməsinə kömək etmək üçün həyata keçirdikləri bütün işlərə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm", - deyə A.Reynoso bəyannamədə vurğulayıb.

Qeyd edək ki, bu, Azərbaycanın Zəfər Günü ilə bağlı ABŞ-da qəbul edilən ilk Bəyannamədir.

Azərbaycan icmasının bu mühüm tarixi günü heyrətamiz məkanda qeyd etmək xahişini qəbul etdiyinə görə Antonio Reynosoya təşəkkür edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, əlamətdar hadisələr münasibətilə soydaşlarımızın arasında olmaqdan, Azərbaycan hökumətinin və dünyanın hər yerində yaşayan azərbaycanlıların salamlarını tədbir iştirakçılarına çatdırmaqdan böyük qürur duyur.

Bildirilib ki, xalqımız təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətimizi, dövlətimiz beynəlxalq hüququn tələblərini təkbaşına icra etməklə, əslində beynəlxalq miqyasda ədaləti bərpa edib. Gələcəkdə beynəlxalq ictimaiyyətin Azərbaycanın Zəfər Gününü qeyd edəcəyini və dünyanın yeni işğal siyasətinin qarşısının alınması günü kimi xatırlayacağını istisna etməyib.

Sülhsevər və multikultural ənənələrə sadiq Azərbaycanın dünyaya Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Lütfi Zadə kimi dahi mütəfəkkirlər, alimlər və bəstəkarlar bəxş etdiyi, ölkəmizin davamlı inkişaf yolunda olduğu, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtması üçün azad edilmiş torpaqlarda yeni "ağıllı kəndlər"in salındığı, Qarabağın inkişafına, yenidən qurulmasına sərmayə qoymaq istəyən dünya şirkətlərinə lazımi şəraitin yaradılacağı, Azərbaycanın mühüm strateji tərəfdaşı olan ABŞ-ın Qarabağın dirçəldilməsi layihələrində iştirakının, xüsusilə ölümcül minaların təmizlənməsi üçün humanitar minatəmizləmə əməliyyatlarına dəstəyinin çox vacib olduğu vurğulanıb.

"Dünyaya sülh, dostluq və inkişaf arzulayıram!", - deyə Komitə rəsmisi bildirib.

Sonra Vətən müharibəsindən bəhs edən "Dəmir Yumruq" adlı sənədli film göstərilib.

Bədii hissədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyarova, tarzən Telman Əliyev, saz ifaçısı Timur İsmayılov, müğənni Veronika Yakubova, Rizvan Əliyev və Röya Əliyeva dueti çıxış ediblər. Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub. Gülşən Marşalın ifasında "Sarı gəlin" rəqsi nümayiş etdirilib. Tədbir çərçivəsində "My way" (Mənim yolum) uşaq və gənclərin inkişaf mərkəzi şagirdlərinin ölkəmizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür də iştirak ediblər.
ABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTOABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 868   Tarix: 11 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr