Deputat: "İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə məsuliyyət daşıyır"
"İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə məsuliyyət daşıdığını başa düşürük".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) "Xalqın xidmətçisi" Partiyasının deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavskiy deyib.
Onun sözlərinə görə, bu gün İranın Rusiyaya "Shahed", "Mohajer-6" kimi pilotsuz uçuş aparatları (PUA) tədarük etməsi ilə bağlı heç bir şübhə yoxdur:
"Bu dronlar Ukrayna ərazisinə hücumlar həyata keçirib. Onların 99 %-i mülki obyektlərə, vacib infrastruktura zərbələr endirib. Biz zədələnməmiş bu dron növlərini ələ keçirmişik. Bizim alimlərin təhlilləri açıq şəkildə təsdiq edir ki, bu dronlar İranda istehsal olunub. Buna görə də bu ölkənin istehsal etdiyi PUA-ların Ukraynaya qarşı istifadə edilməsi ilə bağlı heç bir şübhə qalmayıb".
Fyodor Venislavskiy vurğulayıb ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir:
"Ukrayna Baş Kəşfiyyat İdarəsi bu dronların İrandan Rusiyaya tədarük marşrutları və sayı ilə bağlı yüz faizlik sübutlara malikdir. Odur ki, beynəlxalq hüquqa əsasən söyləyə bilərik ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir. Rusiyaya dron ixracına razılıq verən iranlı rəsmilər Ukraynada bu ölüm silahlarından istifadə edənlər kimi, mülki əhali arasında itkilərə görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar".
Deputat hesab edir ki, Ukrayna bundan sonra da beynəlxalq təşkilatlar səviyyəsində bu məsələyə reaksiya verəcək və diqqət çəkəcək:
"Qərb dünyasının İrana qarşı sanksiya təzyiqinin gücləndirilməsi məsələsində Ukrayna ilə həmrəy olacağını gözləyirik. Burada əsas məsələ İran PUA-larının Rusiyaya çatdırılması mexanizmləri və İranın bu dronları hazırlamaq imkanları ilə bağlıdır. Belə ki, bizim məlumatlarımıza əsasən, bu dron növlərinin hazırlanmasında Avropa ölkələrində istehsal edilən komponentlərdən istifadə olunur. Beynəlxalq institutlar isə bunu İrana qarşı sanksiyaların pozulması kimi nəzərdən keçirə bilər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1083 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabrQırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabr